backend

Onun gedəcəyi günü səbirsizliklə gözləyən var... - İDDİA

Onun gedəcəyi günü səbirsizliklə gözləyən var... - İDDİA














Bakir Balakişiyev Vaqif Abdullayevin işdən çıxarılacağını səbirsizliklə gözlədiyi bildirilir

Beyləqandan cumhuriyyət.az–a daxil olan məlumata görə icra hakimiyyətinin şəhər üzrə nümayəndəsi Bakir Balakişiyev icra başçısı Vaqif Abdullayevin vəzifəsindən azad olunacağı günü həddindən artıq səbirsizliklə gözləyir. Aldığımız məlumata görə şəhər meri ən yaxın ətrafı ilə keçirdiyi məclislərdə Vaqif Abdullayevin yaxın həftələrdə vəzifəsi ilə vidalaşacağını dilə gətirərək, ondan qurtulacaqlarını sevinlə müjdələyir.

Şəhər merininin icra başçısının işdən çıxarılmasını bu qədər istəməsi isə çox maraqlıdır.Çünki Bakir Balakişiyevi Beyləqan meri vəzifəsinə məhz Vaqif Abdullayev təyin edib və rayonda hər kəs onun başçının “sevimli” kadrlarından biri olduğunu yaxşı bilirlər. Ancaq son aylar şəhər meri Bakir Balakişiyev Vaqif Abdullayevin vəzifədən getməsi üçün saatlarla dua edir desək yanılmarıq. Məsələ ilə bağlı cumhuriyyet.az-a verilən məlumatda vurğulanır ki, şəhər merinin icra başçısına qarşı incikliyinin arxasında Vaqif Abdullayevin Bakir Balakişiyevi yaxına buraxmamasıdır. Bununla bərabər şəhər meri rayonun təmir-tikintisi zamanı iş görən bəzi şirkətlərlə gizli şəkildə anlaşaraq dövlət büdcəsindən xeyli miqdarda vəsait mənimsəyib.

Beyləqan şəhər icra nümayəndəliyində işləyən və adının açıqllanmasını istəməyən şəxsin iddiasına görə Bakir Balakişiyevin gizli şəkildə həyata keçirtdiyi korrupsiya maxinasiyalarının bəzilərindən Vaqif Abdullayev xəbər tutub. Ancaq şəhər merinin əsas mmaxinasiyasının hələki üzə çıxmayıb. Bu maxinasiya isə Beyləqan şəhər küçələrinə qoyulan asfalt örtüyüdür. Həmin asfaltlanma prosesində Bakir Balakişiyev işi öhdəsinə götürən şirkətlə gizli şəkildə iş birliyinə gedərək külli miqdarda yeyintilərə yol verdiyi deyilir. Məhz bu işlərin üzə çıxmağından və icra başçısının qəzəbinə tuş gəlməkdən qorxuya düşən Bakir Balakişiyev ümidini bağlayıb ölkə prezidentinin Vaqif Abdullayevi işdən çıxartmasına.

Məlumatda vurğulanır ki, Bakir Balakişiyev tez-tez Beyləqandakı bəzi “demoqoqlarla” gizli şəkildə toplantı keçirərək onları rayon rəhbərliyi haqqında müxtəlif saytlara məlumatlar ötürmələri ilə bağlı təlimatlandırır. Qeyd edək ki, növbəti yazımızda Bakir Balakişiyevin Beyləqan şəhər küçələrindəki asfalt maxinasiyası ilə bağlı ətraflı məlumat verəcəyik.