Dəhşətli hadisədə adı hallanan rəis otağında niyə döyülmüşdü? - İLGİNC

93

Dəhşətli hadisədə adı hallanan rəis otağında niyə döyülmüşdü? - İLGİNC














Lerikdə qardaşı oğlunun əxlaqsızlıq etdiyi iddiası ilə gündəmə gələn Azərişıq ASC-nin Lənkəran regionu üzrə rəis müavini Aydın Məmmədov bir müddət əvvəl də medianın diqqətini çəkmişdi.

Axar.az xəbər verir ki, ötən il A.Məmmədov Azərişıq ASC-nin Cəlilabad Elektrik Satışı İdarəsinin rəisi vəzifəsində çalışırdı. Ötən ilin aprelində Cəlilabadda işığı kəsilən abonentlər tərəfindən kabinetində döyülən A.Məmmədov faktı saytımıza təqsdiqləmiş, hadisə ilə bağlı açıqlama da vermişdi.

Onun sözlərinə görə, borca görə işığı kəsilən iki şəxs kabinetinə gələrək ona hücum etmişdilər:

“Əllərində bıçaq var idi. Hücum edib zərbələr endirdilər. Bıçaqla xəsarət yetirmək istəyirdilər”.

Əxlaqsızlıqla bağlı isə saytlara açıqlama verən A.Məmmədov bunun ona qarşı təxribat olduğunu və bu təxribatın elə o, Cəlilabad rayon Elektrik Paylayıcı Şəbəkəsinin rəisi olduğu zaman başladığını bildirib.

A.Məmmədov bir müddət Lerikdə Elektrik Satışı İdarəsinin rəisi vəzifəsində çalışıb. Onun Lerikdə “Ağgöl” adlı istirahət mərkəzi də fəaliyyətdədir.

Yeri gəlmişkən, onu da xatırladaq ki, bir neçə il əvvəl Lerik rayon rəhbərliyi A.Məmmədovun qardaşı Elman Məmmədovun əmlakını sökdürmüşdü və idarə rəisi əmlakının sökülməsinə görə rayon rəhbərliyindən şikayət etmişdi.

Qeyd edək ki, Lerikdə baş vermiş hadisə ilə bağlı təcavüzə məruz qaldığı iddia edilən qızın atası hər iki ailənin bir-biri ilə qohumluq əlaqəsi olduğunu bildirib. Təcavüz iddiasını rədd edən ata qeyd edib ki, Məmmədovlar ailəsinin 24 yaşlı oğlu ilə 7-ci sinif şagirdi beşikkəsdidir:

“Qız hədd-büluğa çatana qədər mənimlədir. Qızıma heç kim təcavüz etməyib. Qızım hədd-büluğa çatdıqdan sonra verəcəm həmin oğlana. Bizdə beşikkəsdi deyilən adət var ki, mən də qızım anadan olanda bu adəti etmişəm”.