Əhəd Abıyev şou-biznesdə: şortikdən danışır, Elza ilə skandal yaradır - Təfsilat

70

Əhəd Abıyev şou-biznesdə: şortikdən danışır, Elza ilə skandal yaradır - Təfsilat














Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin çıxışları dövlət məmurunun profilindən kifayət qədər kənardır

Onun dövlət qulluqçusu kimi vəzifəsi rayonun problemlərini həll etmək, sakinlərin müraciətlərini araşdırmaq, Daşkəsəni abadlaşdırmaqdır.

FİA.Az xəbər verir ki, amma ucqar dağ bölgəsində oturan Ə.Abıyev ona aid olmayan, Bakıda ictimai nəqliyyatda baş verən məişət xarakterli qalmaqallara münasibət bildirir.

Söhbət icra başçısının metroda şortik geyinən qızla gənc oğlan arasındakı mübahisədən gedir. Bu hadisə sosial şəbəkələrdə və mətbuatda çox müzakirə edildi.

Məsələyə heç bir dövlət məmuru, icra hakimiyyəti başçısı mövqe bildirmədi. Ə.Abıyev isə özünü şou-biznes nümayəndəsi kimi apardı və şortik geyinən qızdan danışdı.

Sitat: “O metroda şortik geyinən qıza hücum çəkənlər belə qeyrətlidirsə, özlərinin namusu, qeyrəti varsa, onlar o qıza məsələni sözlə başa salmalı idilər.

Birincisi, onlar öz ailələrinə cavabdehdirlər. Gedib onların ailə tərkibini yoxlayanda görərsən ki, elə onların özləri ərəblərlə bilavasitə əlaqəlidirlər”.

Ə.Abıyev bu gedişlə “Maşın şou”ya da qatılar, Əli Mirəliyev, Roza Zərgərli ilə qalmaqala da girişər. Təsadüfi deyil ki, onunla müğənni Elza Seyidcahan arasında da skandal olmuşdu.

Onun Ermənistan yerinə, səhvən Kolumbiya bayrağı olan maketi sındırmasından tutmuş aprel qazisinə qarşı mənzil fırıldağına qədər adı hallanıb.

Ona görə də metroda şortik geyinən qız qalmaqalına münasibət bildirməsi təsadüfi deyil. Sitat: “Onların qeyrəti varsa, ərəblərin Bakıda elədikləri hərəkətlərə münasibət bildirsinlər.

Bəzi turist adı ilə Bakıya gələn ərəblərin "Tarqovu”da elədiklərini görüb xəcalət çəksinlər. Qız uşağıdır da, indi şortik geyinib gərək onu sözlə başa salasan. Daha onun üstünə çəkmək nədir?”

FİA.Az xəbər verir ki, yuxarılar Ə.Abıyevin fəaliyyətindən çox narazıdır. Amma onu vəzifədən azad etmirlər.

Çünki icra başçısı işsiz qalarsa, mətbuatı bir-birinə qatacaq, gündə yaradan səs-küylü açıqlamalar verəcək. Bir neçə il əvvəl Qarabağda kürd bayrağı asılacağını deməsi aləmi qarışdırmışdı.

Bu baxımdan onu nizamlamağın yolu vəzifədə saxlamaqdır. Bəzi iddialara görə, Gədəbəyə icra başçısı gedəcəyi gözlənilir.

Amma buna razılıq verilmir. Ucqar dağ bölgəsində fəaliyyət göstərməsi daha münasib hesab edilmir.

O hələ Daşkəsəndə kabinetində oturub metroda şortik geyinən qızdan danışırsa, görün Bakıya təyinat alarsa, nə açıqlamalar verər. Hərçənd, icra hakimləri müsahibəni PA ilə razılaşdırıb verməlidirlər.

Ə.Abıyevdən fərqli olaraq şortik mövzusunda nə Tərtərin, nə Xətainin, və yaxud nə Cəlilabadın icfa başçısı danışıb. Heç nazir müavini, komitə sədri açıqlama vermədiyi halda Ə.Abıyev özündən coşur.

“Bəziləri evdə gördüyü tərbiyəni cəmiyyətdə nümayiş etdirir. Evdə ata-ana nə tərbiyə veribsə, onlar da həmin tərbiyəni cəmiyyətdə tətbiq edirlər.

Əgər, o qıza hücum çəkənlər qeyrətdən və namusdan danışırlarsa, ilk növbədə o qızı sözlə başa sala bilərdilər.

Nəyə lazımdır ki, şortik geyindiyinə görə qız uşağına hücum etmək, onu döymək və yaxud da xuliqanlıq etmək? O qız özünü öldürə bilər, intihar edə bilər.

Yeri gəlsə, xəsarət alar, şikəst olar. Gələcəyi bədbəxt olar. İndi geyimdir də, yəqin ki, hansısa mağazaya gedib satıcı tərifləyib şortiki, qız da alıb geyinib.

İndi hansı mağazaya gedirsən onsuz da bütün satıcılar mağazadakı məhsulların hamısını tərifləyir. Satıcıları da qınamaq olmur, onalr da müştərini razı yola salmalıdır”.

“Bəlkə, o qız özü də geyimindən xəcalət çəkir. Əgər, o qız başqa bir tərbiyəsiz və əxlaqsız iş görürsə, bəli, müsəlman adət-ənənəsinə uyğun olaraq, o, lənətlənməlidir. Amma hücum etmək, döymək və xəsarət yetirmək yolverilməzdir.

Bunun üçün hüquq-mühafizə orqanları var. Ümumiyyətlə, qız uşağını vurmaq, döymək və incitmək olmaz”, - deyə Əhəd Abıyev qeyd edib.

Qeyd edək ki, Bakı metrosunda sərnişinlər arasında dava düşüb. Davaya səbəb isə metroda əyləşən qızın şortik geyinməsi olub.

Qızın şortik geyinməsindən əsəbləşən gənc oğlanla həmin qız arasında mübahisə yaranıb. Daha sonra yaşlı qadının oğlanı müdafiə etməsi ilə bu mübahisə qalmaqala səbəb olub.