backend

FHN şefinə "torba" tikilir - Kəmaləddin Heydərovun başın pambıqla ''kəsirlər''

FHN şefinə "torba" tikilir - Kəmaləddin Heydərovun başın pambıqla ''kəsirlər''















Zəhərlənmə baş verən rayonlardakı pambıq zavodlarının direktorları Bakıya gətirilib. Belə iddialar var ki, onlar məhkəmə qarşısına çıxarılaraq barələrində ilkin olaraq bir neçə aylıq həbs-qəti imkan tədbiri seçiləcək. Criminal.az saytının əldə etdiyi məlumata görə, direktorlar barəsində həbs qərarı sabah Nəsimi rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən iclasda veriləcək.

Tutulan zavod direktorlarından yalnız Saatlı Pambıq Zavodunun direktoru Çingiz Gözəlovun adı Criminal az-a məlumdur. Lakin əldə etdiyimiz məlumata görə, tutulanlar arasında İmişli, Sabirabad və zəhərlənmə baş verən digər rayonların pambıq zavodlarının direktorları var.
İstintaqın versiyasına görə, zavod direktorları baş verən zəhərlənmələrdə günahkardırlar. Ən maraqlı detal odur ki, həbs olunanlar ''Gilan Holdinq''ə məxsus pambıq zavodların rəhbərləridir. Bu isə öz növbəsində fövqəladə hallar naziri Kəmaləddin Heydərovun özünə qarşı da pambıq zəhərlənmələrindən istifadə ediləcəyi haqda iddiaların ortaya çıxamasına səbəb olur.

Əslində isə zavod direktorlarının birbaşa əkin-biçinlə əlaqəsi yoxdur. Onların barəsində istintaqın verdiyi ittihamın nəyə əsaslanması xeyli suallar doğurur. Məgər zavod direktoru pamblıq əkənə zəhərin sahələrə səpilməsi ilə bağlı mühazirə oxumalıdırmı? Pambıq zavodları sadəcə alıcıdır. Sahənin zəhərlənib-zəhərlənməməsində heç bir bağlılığı yoxdur.
Bu arada qeyd edək ki, hazırda Saatlı Pambıq Zavodunun işçiləri rəhbərlərinin tutulmasına etiraz olaraq icra hakimiyyəti binasının qarşısına toplaşıblar. Bildiriblər ki, tarlalara səpilən dərmanlar Bakıdan göndərilib. Həmin dərmanların üzərində göstərilib ki, tarlalara səpiləndən sonra bir gün sahələrə girmək olmaz. Ç.Gözəlov həmişə 4 gün ərzində işçilərin sahəyə girməsinə icazə verməyib. İşçilər deyib ki, Ç.Gözəlov vəzifəsindən sui-istifadə edən rəhbər olmayıb.
Yada salaq ki, 2017-ci il martın 28-də prezident İlham Əliyev Saatlı rayonunun Qıraqlı kəndi ərazisindəki pambıq sahəsində fermer və zavod direktorları ilə görüşü olub. Həmin görüşdə hazırda tutulan Saatlı Pambıq Zavodunun direktoru Çingiz Gözəlovun prezidentlə qısa dialoqu olub. Həmin söhbətdən sitat: Cənab Prezident, biz 1500 fermerlə müqavilə bağlamışıq.

Bu epizod özü də direktorlara veriləcək ittihamın əsaslarını dağıdır. Burdan görünür ki, zavodlar fermerlərlə müqavilə bağlarayaq pambığı onlardan alır. Belə çıxır ki, kimsə ''Mercedes'' markalı avtomobili ilə qəzaya düşəcəkdə, istehsalçı zavodun direktoru həbs edilməlidir?
Mümkündür ki, hakimiyyətdaxili qruplaşmalar pambıq zəhərlənməsindən bir-birilərinə qarşı istifadə etməyə başlayıb. Bunun konturları da artıq görünür.