backend

Masallının bələdiyyə sədrinə şok ittiham: "Yarım milyon dələduzluq, villalar..."

Masallının bələdiyyə sədrinə şok ittiham: "Yarım milyon dələduzluq, villalar..."
Masallı rayonunun Qəriblər kəndinin bir qrup sakini qaynarxett.az-a müraciət ünvanlayıblar.Sakinlər bələdiyyə sədri Müşfiq Ağayevin qanunsuz əməlləri barədə ilginc iddia səsləndirirək aldadıldıqlarını qeyd edirlər.


Müraciət edən sakinlər yazırlar:

"Masallı rayonunun Qəriblər kəndinin saxta yolla bələdiyyə sədri seçilmiş Müşfiq Ağayevin əsas işi fırıldaq və saxtakarlıq edərək sakinlərdən pul çırpışdırmaqdır. Belə ki, o, son illərdə 10-dan artıq adama yarım milyon manatdan yuxarı pul atmışdır.

Öncə onun pul atdıqları adamların ilkin siyahısını sizə təqdim edirik:
1. 2009-cu il Rusiya Federasiyasının Moskva şəhərində yaşayan həmkəndlisi Mirzəyev Raufa qeyri-qanuni yolla zəbt etdiyi torpağı 400-min dollara satıb və ondan ilkin olaraq həmin pulun 138-min dollarını alaraq onu aldatmış və bu günədək Raufun pulunu qaytarmır.

2. 2013-cü ildə M.Ağayev həmkəndlisi, qohumu Xanışov Vəfadar Balabəy oğluna məxsus Bakı şəhərində yaşayış evini ona satdıraraq 68-min dolları qohumluq münasibətlərindən istifadə edərək aldadıb almışdır. Xanışov Vəfadar ona atılan pulu Masallı rayon Məhkəməsinin Müşfiq Ağayev haqda qəbul etdiyi qərardan sonra icra bölməsinin əməkdaşları vasitəsilə bir qismini almış, qalan məbləği bu günədək ala bilmir. Bu haqda Masallı rayon Məhkəməsinin icra bölməsində işlər qalmaqda davam edir.

3. Müşfiq Ağayev Dəmbəlov kəndindən Qəriblər kəndinə köçən Arif adlı şəxsi aldadaraq ondan 10.000 manat pul almış və hələ də qaytarmır.
.
4. Kənd sakini molla Dadaşov Heydərəlinin torpaq sahəsinin çəpərlərini sökərək bələdiyyə mülkiyyəti adı ilə mənimsəmiş və qeyri-qanuni yolla Qəriblər məktəbinin müəllimi Quliyev Elxan adlı şəxsə 5000 min manata satmışdır.

5. M.Ağayev Viləş çay su hövzəsinin qoruma zolaqlarında Belaz maşınlarının saxlandığı qarajların yeri olan 0,71 hektar torpaq sahəsini ayrı-ayrı vətəndaşlara sotu 3000 manata satmışdır (təxminən 200 min manata yaxın). Hazırda orada villalar ucaldılmışdır.
(Xatırladaq ki, M. Ağayevin rəhbərlik etdiyi Qəriblər kəndi Masallının istirahət mərkəz sayıldığından və buranın havası çox gözəl olduğundan adıçəkilən ərazidə torpaq sahələr çox bahadır və onlarla vəzifəli şəxs burada torpaq alıb villa tikir).

6. Qonşusu Şahbazov Alim Mürsəl oğlundan öz marketini ona satmaq üçün aldadaraq 28000 dollar pulunu mənimsəmişdir.

7. Müşfiq Ağayev Masallı rayon Qəriblər ərazisinin Şıxlar kənd sakini Simran adlı şəxsdən vəzifəsindən istifadə edərək pul tələb etmişdir. Mübahisə nəticəsində 76 yaşlı Simran kişini rayon rəhbərliyi adından hədələmiş və onunla əlbəyaxa olmuşdur. Simran kişi bu haqda hüquq-mühafizə orqanlarına yazılı şikayətlər etmişdir.

8. Digər Şıxlar kənd sakini Babazadə Elxan Müşfiq Ağayevin çirkin əməlləri barədə, yəni torpaqların və çay yatağını özbaşına qazdırıb satması haqda bütün hüququ mühafizə orqanlarına yazılı şəkildə müraciətlər etmişdir. M. Ağayevin rəhbərliyi ilə kəndin içindən keçən çayın yatağı o qədər dağıdılmışdır ki, hazırda çay öz məcrasını dəyişmişdir.

9. M.Ağayev Qəriblər kənd sakini tanınmış müğənni Miriş Hüseynovdan torpaq sənədi düzəltmə adı ilə 2015-ci il də 3400 manat alaraq onu aldatmış və hələ də pulunu verməmişdir.

10. O, yaşadığı evin qarşısındakı payıbəlli torpaqları (hansı ki bu torpaqlar vətəndaşlara kənd təsərrüfatının inkişafı üçün əkin sahəsi kimi verilmişdir) Ərkivan kənd sakini Adəm adlı şəxsə 0,06 ha torpaq üzərində taxta materialdan tikdiyi evi 35 min manata, əlavə olaraq həmin payıbəlli sahədən 0,30 ha əkinə yararlı torpağı yararsız, tikinti altına verilən torpaq kimi 45 min manata satmışdır. Ümimilikdə Adəmdən 80 min manat alan Müşfiq ona heç bir sənəd verməmişdir.
(Ümimilikdə Müşfiq Ağayev yerli sakinlərdən təxminən 205 min ABŞ dolları və 300 min Azərbaycan manatı, təxminən yarım milyondan atrıq pulu dələduzluqla əldə edib və qaytarmamışdır).

Müşfiq Ağayev meşələrində qənimidir. O, meşələri talan edir.
Müşfiq Ağayev saxtakarlıqla əldə etdiyi bu pullara özünə, qardaşına, oğluna, qaynına, bibisi oğluna və digər qohumlarına Masallıda evlər tikdirmiş, bahalı maşınlar almışdır.

Müşfiq Ağayevin hansı yolla bələdiyyə sədri olması bu gun də çoxlarında suallar doğurur. Çünki M.Ağayev 2005-ci ildən bü günədək dələduzluğuna görə axtarışda olmuş, sonralar Masallı rayon Məhkəməsinin qərarı ilə 5 dəfə dələduzluq maddəsi ilə məhkum olunmuşdur. İndi də onun dələduzluqla bağlı bəzi əməllərə məhkəmə icraatındadır. Son bələdiyyə seçkilərində isə seçki protokolları onun xeyrinə bir neçə dəfə DSK səviyyəsində saxtalaşdırılmışdır.

Müşfiq Ağayevin pis əməllərinə görə heç bir bələdiyyə üzvü onunla işləmir. Müşfiq Ağayev öz ətrafına öncə digər ərazidən - Seybətin kənd bələdiyyəsində dələduzluğa görə əvvəllər həbs edilən Zöhrab Hüseynov kimiləri gətirib. Hazırda o, Müşfiq Ağayevin sağ əli və pul yığanıdır. Bu şəxs əvvəlki bələdiyyə sədri İldırım Allahyarovun bacanağıdır.

Bələdiyyə yarandığı gündən bu günədək Qəriblərdə bu bələdiyyə sədrliyi bir ailəyə məxsus olub. Əvvəl Müşfiq Ağayevin kiçik dayısı Qardaşəli Allahyarov, sonra böyük dayısı İldırım Allahyarov və sonuncu bələdiyyə sədri də özü olmuşdur.

Fəaliyyət göstərdiyi müddətdə bunların həyat və yaradıcılığı kənd sakinlərinə amansız işgəncələr vermələri ilə nəticələnmişdir. Kənd sakinləri 7-dən 70-ə Müşfiq Ağayevi və onun qardaşlarını cəmiyyətə yararsız adam kimi tanıyır.

Müşfiq Ağayev kimisə qaralayırsa, ilk növbədə onların üstünə qardaşları Qəriblər kənd ərazi nümayəndəliyinin mühasibi işləyən saxta diplomlu Çingiz Ağayevi və Qaz İstismar İdarəsinin qaz pulu yığan Vüsal Ağayevi göndərir, həmin şəxslə görüşdürüb hədələyir, söydürür, döydürür, bəzi rəhbər havadarlarının köməyi ilə şərlətdirir və sonra öz məkrli hiyləsini həyata keçirir. Onu da qeyd edim ki, onun qardaşları tam sağlam olduqları halda saxta sənədlərlə hərbi xidmətdən yayınmışlar.

Ölkə başçısı dəfələrlə göstəriş və sərəncamlarında sahibkarları incitməməyi, onlara şərait yaratmağı tapşırsa da, Müşfiq Ağayev öz seçicilərinə qənim kəsilərək, bu göstərişlərə məhəl qoymur və çirkin əməllərini yerinə yetirir.

O, kəndin şimalında - Viləş çay hövzəsinin qorunma zolağında 10 hektar yararlı torpağını vəhşicəsinə qazdırıb satdığı torpaqların fotoşəkilləri vardır.

1998-ci ildə ulu öndər Heydər Əliyevin ölkə vətəndaşlarına hədiyyə etdiyi "payı bəlli” torpaqları kənd təsərrüfatının inkişafı üçün nəzərdə tutulmuşdur. Lakin hazırda kəndin əkinə yararlı 7 hektar "pay bəlli” torpaq sahəsində Müşfiq Ağayev özünə, qardaşı Vüsal Ağayevə, bibisinə, qayınına və digər qohumlarına evlər tikərək böyük bir şəhərcik salmışdır.

Yazıda adıçəkilən şəxslərin də mövqelərini işıqlandırmağa hazırıq.


Şəkillərdə qanunsuz tikilən villa və başqa tikililər, eləcə də dağıdılmış çay yataqları, əkin sahələri...
Masallının bələdiyyə sədrinə şok ittiham: "Yarım milyon dələduzluq, villalar..."
Masallının bələdiyyə sədrinə şok ittiham: "Yarım milyon dələduzluq, villalar..."
Masallının bələdiyyə sədrinə şok ittiham: "Yarım milyon dələduzluq, villalar..."
Masallının bələdiyyə sədrinə şok ittiham: "Yarım milyon dələduzluq, villalar..."
Masallının bələdiyyə sədrinə şok ittiham: "Yarım milyon dələduzluq, villalar..."