Azərbaycanda dəhşət: qış yuxusundan ayılan ayılar kəndə hücum etdi - FOTOLAR

92

Azərbaycanda dəhşət: qış yuxusundan ayılan ayılar kəndə hücum etdi - FOTOLAR















Şəkinin Baş Zəyzid kəndində qış yuxusundan ayılan ayılar təsərrüfatlara hücum edib.

ARB TV xəbər verir ki, bu günlərdə vəhşi heyvanlar həyətyanı sahələrə soxularaq inəkləri parçalamaq istəyib. Kənd sakini Əsgər Ramazanov deyib ki, mal-qarasını ayının hücumundn qorumaqda çətinlik çəkirlər: "Mallar saat 4-5-də evə gəlir. Gördüm ki, inək bərildəyir. Səsindən bildim ki mənim inəyimdir. 20-30 adamla güclə əlindən aldıq. İnəyi sürüyə-sürüyə gətirdik, amma öldü. 8 aylıq boğaz inək idi”.

Sakinlərin sözlərinə görə, son bir ayda 30-a yaxın iri buynuzlu mal-qara ayı hücumuna məruz qalıb. Son bir həftədə isə 8 baş iri buynuzlu heyvan ayıların qurbanına çevrilib. Ayıların öldürülməsi qanunla qadağan edildiyinə görə, sakinlər heç bir yerə müraciət etmədiklərini deyiblər.

Qeyd edək ki, sığorta şirkətləri vəhşi heyvanların öldürdüyü mal-qaraya görə pul ödəmədiyindən sakinlər maddi ziyanlarını qarşılaya bilmirlər.

Azərbaycanda dəhşət: qış yuxusundan ayılan ayılar kəndə hücum etdi - FOTOLARAzərbaycanda dəhşət: qış yuxusundan ayılan ayılar kəndə hücum etdi - FOTOLARAzərbaycanda dəhşət: qış yuxusundan ayılan ayılar kəndə hücum etdi - FOTOLAR