Özünü doğrultmadı... - Erkən gedə bilər

117

Özünü doğrultmadı... - Erkən gedə bilər














Yasamalın başı qalda olub, desək, yanılmarıq. Ən azından hazırki icra başçısı Əziz Əzizova qədər bu rayona rəhbərlik edən İbrahim Mehdiyevin hansı şəraitdə postunu itirdiyini xatırlasaq, yetərlidir.

İndi də anoloji aqibəti, amma daha erkən formada Əziz Əzivo yaşaya bilər. Bu barədə DİA.AZ-a daxil olan informasiyalardan anlaşılır.

Belə ki, redaksiyamızı bilgiləndirən mötəbər qaynağın iddialarına görə, son zamanlar Yasamal RİH-dən narazılıqların artması, xüsusən də sahibkarlara qarşı yerli icra striktirlarının qızışdırıcı, təhrikedici mövqedən yanaşması "yuxarıların" da diqqətindən yayınmayıb. Mənbənin dia.az-a söylədikləri:

"Əziz Əzizov əzlində Yasmal kimi kobfliktli bir rayona rəhbər gətirilərkən üzərinə düşən məsuliyyət yükünü tam olaraq dərk etməli idi. Cənab prezidentin ona hansı etimadı göstərdiyinin fərqinə varmalı idi. Özü də belə bir münaqişəli şəraitdə. Amma görünəni odur ki, Əziz Əzizov nəinki gərilən əsəbləri sakitləşdirmək haqqında düşünmür, əksinə, vəziyyəti daha da dramatikləşdirir".

Mənbə dia.az-a bildirir ki, Əziz Əzizovla bağlı məsələ artıq diqqət mərkəzindədir: "Azərbaycanın təcrübəsində hansısa icra başçısının məlum ənənəvi beş illik müddətdən erkən işindən uzaqlaşdırılması halı müşahidə olunub. Əziz Əzizov ən azından bu faktı unutmamalı, himayədarlarına çox bel bağlamamalıdır. Bunun peşmançılığını çəkə bilər. Çünki ondan narazılıq edən sahibkarların cənab prezidentimiz dövlətin əsas söykənəcəyi, iqitisadiyyatımızın bel sütunu olduğunu dəfələrlə ifadə edib".

Mənbə bildirir ki, hazırda bir neçə sahibkarın icra hakimiyyəti ilə konflikti araşdırılır.

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin. Bütün maraqlı tərəfləri dinləməyə hazırıq...