backend

Deputat: Azərbaycan qadını Sevilin simasında çadranı atdı, indi isə...

Deputat: Azərbaycan qadını Sevilin simasında çadranı atdı, indi isə...






















“İndi isə Azərbaycan qadını yenidən müxtəlif libaslara bürünüb...”

Millət vəkili Zahid Oruc Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Dövlət İdarəçilik Akademiyasında keçirilən görüşdə söylədiyi fikirlərə parlamentin bugünkü iclasında münasibət bildirib.

qaynarxett.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına götrə, Z.Oruc hesab edir ki, cəmiyyətdə əks səda doğuran həmin çıxış bütün parametrlər üzrə hər bir Azərbaycan vətəndaşının mövqeyini ifadə edir:

“Biz burada bu məsələləri təhlil etməliyik. Düşünürəm ki, biz Milli Məclis olaraq müzakirə etməliyik ki, niyə cənub bölgəsində on illər ərzində 70-80 faiz qız uşaqları ali təhsildən kənarda qalıb. Təhlil etməliyik ki, nə üçün şimal bölgəsində oğlanların təhsilə gələn yolları özlərinin bəlli qərarları ilə dini təhsilə yuvarlanıb. Biz ötən əsrdə şahidi olduq ki, Azərbaycan qadını Sevilin simasında çadranı atdı. İndi isə Azərbaycan qadını yenidən müxtəlif libaslara bürünüb. Bu səbəblər təhlil olunmalıdır. Mən libasların əleyhinə deyiləm, əgər bu həmin insanların könüllü qərarından olsa. Eyni zamanda 25 mindən artıq insanın dövlət quruculuğunda yer ala bilməməsinin səbəblərini təhlil etməliyik”.