backend

İlqar Yusubov “Rolls-Royce”də hansı pullarla gəzir? - İDDİA

İlqar Yusubov “Rolls-Royce”də hansı pullarla gəzir? - İDDİA














Yusubov İlqar Rasim oğlu… Bu şəxsi Bakı şəhərində bir çox məmurlar tanıyır. Orta təbəqə bu şəxsi tanıya bilməz. Çünki onun orta təbəqəylə heç bir əlaqəsi yoxdur. O özü də hər zaman çalışıb ki, orta təbəqədən aralı dursun.
Burada sual yarana bilər ki, niyə?
Çünki bu şəxs özü Biləcəri qəsəbəsində dəmiryolçu ailəsində anadan olub,böyüyüb. Atası Rasim Yusubov dəmir yolu idarəsində işləyərkən, tez vəfat edib. Atasının ən böyük arzusu avtomobil almaq olub. Buna görə o dəmir yolu idarəsində növbəyə də dayanıb. Ancaq necə deyərlər, avtomobil sürmək ona qismət olmayıb. Oğlu İlqar isə “Narxoz”a qəbul olunur və oranı bitirəndən sonra bankların birində kassir vəzifəsinə işə düzəlir. Ancaq onu kassir vəzifəsi qane etmir. O atası Rasim kimi ömür boyu dövlətdən aldığı maaşla yaşayıb avtomobil növbəsinə dayanmaq istəmir.
Onu tamamilə “başqa” pullar maraqlandırır və o həmin- çirkli pulların arzusu ilə yaşamağa başlayır.
Əldə etdiyimiz məlumata görə kassir işləyərkən onun Niyazi adında “naparniki” olur, hansıki, bu günəcən də həmin bankda kassir vəzifəsində çalışır.
Nə isə ,qayıdaq yenə də İlqar Yusubova. Bu şəxs indi əsas dövlət müəssisələri ilə iş görən şirkətlərin “obnal” əməliyyatı ilə məşğul olaraq dövlət müəssisələrinə qayıdan “şapkaya” nəzarət edir. Əsas da görünən odur ki, bu şəxs “obnal” əməliyyatlarından külli miqdarda pullar əldə edərək özünə Rolls-Royse avtomobili alıb. Olsun, biz heç kimin aldığı avtomobilin paxıllığını çəkmirik.
Ancaq son vaxtlar ölkədən qanunsuz çıxarılan milyonları nəzərə alsaq,düşündük ki, böyük cinayətlərin vasitəçisi olan şəxslər hüquq mühafizə orqanları tərəfindən nəzarətə götürməlidir.
Araşdırmamız davam edir, gələn yazımızda İlqar Yusubovun hərbi xidmətdə olmayaraq tabel silahını necə gəzdirməsi barədə sensasion məlumatları oxucularmıza təqdim edəcəyik.
365info.org