backend

Gəncə Dövlət Universiteti Ali Atestasiya Komissiyası ilə hesablaşmır-ŞOK OLAY

Gəncə Dövlət Universiteti Ali Atestasiya Komissiyası ilə hesablaşmır-ŞOK OLAY

GDU-dan xəbər var: Elmi əsərləri plagiat olan Arifə Əhmədova dosent olur!


Gəncə Dövlət Universitetində sessiya və dövlət imtahanlarının keçirildiyi bir vaxtda, adı çəkilən bu təhsil müəssisəsində yaşananlarla bağlı yeni məlumatlar əldə edə bildik. Belə ki, KİV nümayəndəsi olaraq bir müddət bundan öncə ötən illərə aid bəzi sənədlər haqda müəyyən araşdırmalar apardıq və Ali Atestasiya Komissiyasının rəsmi saytındakı əksər məlumatları izlədik, eyni zamanda əldə etdiyimiz nəticələrlə bağlı çoxsaylı oxucularımıza əhatəli açıqlama da təqdim etdik. Apardığımız araşdırmalar zamanı əldə etdiyimiz nəticəni bir daha çoxsaylı oxucularımıza təqdim etmək qərarına gəldik. Belə ki, "Gündəmxəbər"in əldə etdiyi sənədlərdən məlum olur ki, Gəncə Dövlət Universiteti coğrafiya kafedrasının müəllimi, siyasi elmlər namizədi alimlik dərəcəsi elmi adını almış Əhmədova Arifə Abbasəli qızına məxsus diplom saxtadır. Bu şəxs 28 iyun 1994-cü ildə Tacikistan Respublikasının Bobocan Qafurov adına Xucənd Dövlət Universitetinin coğrafiya fakültəsini bitirməsi haqda diploma sahib olsa da, bir müddətdən sonra həmin Universitetinin rəhbərliyinə ünvanlanan sorğuya verilən cavab məktubunda qeyd olunur ki, “Arifə Əhmədovanın 1994-cü ildə coğrafiya ixtisası üzrə əyani və yaxud da qiyabi təhsil alması əmrdə qeydə alınmamışdır”. Sorğuya verilən cavab məktubu, birbaşa rektor N.Y.Salimovun imzası və möhürü ilə də təsdiq olunmuşdur. Arifə Əhmədovanın qol qoyduğu digər qanunsuzluqlardan biri də, “Torpaq Coğrafiyası Fənnindən Çöl Təcrübələrinin Aparılmasına Dair” metodiki göstəriş kitabının müəlliflik hüququnu da öz adına çıxması olur. Baxmayaraq ki, bu kitab 2007-ci ildə işıq üzü görmüş və kitabın müəllifi dosent Nuriyev Rəşad Məmməd oğludur. Eyni zamanda həmin kitab Təhsil Nazirliyi Elmi-Metodiki Şurasının “Coğrafiya” bölməsinin 13 iyul 2007-ci il tarixli iclasının qərarı ilə də (№4-li protokolla) təsdiq olunub. Bütün bunlara baxmayaraq, Arifə Əhmədovanın da müəllifi olduğu “Torpaq Coğrafiyası Fənnindən Çöl Təcrübələrinin Aparılmasına Dair” metodiki kitabı 2014-cü ildə işıq üzü görür, kitabda müəllifin dosent əvəzi (kitabın son səhifəsində Arifə Əhmədova GDU coğrafiya fakültəsinin dosenti kimi qeyd olunub) Əhmədova Arifə Abbasəli qızının olduğu yazılır. Həmin plagiat kitab Təhsil Nazirliyinin “Dərslik və Nəşriyyat” şöbəsinin 10 fevral 2014-cü il tarixli iclasının qərarı və 147 saylı protokolu ilə də təsdiq olunur(?). Qeyd olunan kitabları bir-birinə tutuşdurduqda o da bəlli olur ki, Arifə Əhmədovanın müəllifi olduğu “Torpaq Coğrafiyası Fənnindən Çöl Təcrübələrinin Aparılmasına Dair” metodiki kitabı, əvvəli kitabdan olduğu qaydada köçürülmüş, bu da dosent Nuriyev Rəşad Məmməd oğlunun müəlliflik hüququnun birbaşa oğurlanması deməkdir. Bundan başqa, Arifə Əhmədlinin ikinci metodik vəsaitinin məşhur rus alimi M. Ratanovanın kitabından olduğu kimi köçürülməsi faktının ortaya cıxmasıdır. Saxta diplomla siyasi elmlər namizədi olan Arifə Əhmədova, elmlər namizədi adını almaq üçün, kitabı köçürən zaman da yanlışlığa yol verir. Belə ki, kitab rus dilindən azərbaycan dilinə tərcümə olunarkən ya Arifə Əhmədova, ya da ki, hansısa tərcüməçi bir sıra kobud yanlışlıqlara yol verirlər. Bu da kitabın köçürmə olmasını həm asanlaşdırır, həm də sübuta yetirməyə imkan verir. Baltikyanı respublikalar MDB-nin üzvü olmadığ halda, bu şəxsin tələbələr üçün “hazırladığı kitabda” MDB-ə daxil olan respublikaların sayının 15 olduğu qeyd olunub. Baltikyanı respublikaların MDB-nin üzvü kimi qələmə verilməsi, birbaşa kitabın savadsızcasına yazıldığını göstərir. Başqa müəlliflərin elmi əsərlərini köçürməklə öz adına çıxan Arifə Əhmədovanın yaxın vaxtlarda dosent elmi adını alması haqda, hətta "Azərbaycan müəllimi" qəzetində elan da verilib. Elmi əsərləri köçürmə olduğundan Ali Attestasiya Komissiyasının ekspertləri tərəfindən mənfi rəy verilən Arifə Əhmədovanın, çox yaxın vaxtlarda dosent olması üçün, görəsən ona bu işdə GDU-nun rəhbərliyi, yoxsa AAK-sı yardımçı olur? Ona görə də təkcə elmi əsərləri deyil, hətta baza təhsili belə saxta olan bu xanımın elm yolunda sürətlə addımlamasını, ona belə bir işlərdə kimin dəstək olduğunu araşdırmağa qərar verdik. Apardığımız araşdırmalar zamanı belə bir məlumat da əldə edə bildik ki, adı çəkilən bu xanıma əsas dəstəyi, universitetin tarix-coğrafiya fakultəsinin dekanı Urfan Həsənov verir. Belə ki, bu gün o savadlı şəxslərə deyil, elmi əsərləri plagiat olan Arifə Əhmədova kimilərinə dəstək olur, hətta Urfan Həsənov onu fakultə elmi şurasına üzv də seçdirə bilir. Hələ bu azmış kimi, Arifə Əhmədovanın dosent vəzifəsinə yiyələnəcəyi ilə bağlı qəzetdə elan verdirməyə də nail olur. Görəsən dekan vəzifəsini daşıyan bu şəxsin belə bir addımlar atmasına səbəb nədir? Məşhur rus alimi M. Ratanovanın "MDB-nin iqtisadi coğrafiyası" adlı dərs vəsaitini olduğu kimi köçürməsinə və atılan addımın Ali Attestasiya Komissiyası tərəfindən təsdiq olunmasına, həmçinin komissiya tərəfindən bununla bağlı GDU-ya məktub ünvanlanmasına baxmayaraq, bu gün də GDU-nun rəhbərliyi Arifə Əhmədovanın elmi şurada yer almasına və dosent elmi adına yiyələnməsinə imkan yaratmaqdadır. Belə çıxır ki, GDU AAK-sının qərarları ilə hesablaşmır və Urfan Həsənovun planları əsasında fəaliyyət göstərir. Belə bir halların varlığı da, GDU-da “alim bazarlığı” tüğyan etməsindən xəbər verir. Bu gün elmi şurada yer alan və dosent olmağa can atan Arifə Əhmədova, əslində elmi əsərlərinin plagiat olması faktı təsdiq olunduğundan o, sabiq təhsil naziri Mikayıl Cabbarovun plagiatla bağlı verdiyi əmr əsasında işindən azad olunmalı idi. Maraqlı hal odur ki, Xucənd Dövlət Universiteti rektorunun onların təhsil müəssisəsində belə bir şəxsin təhsil almadığını bildirməsi, bununla bağlı yazılmış cavab məktubunu imzası və möhürü ilə təsdiq etməsinə baxmayaraq, bu gün də Arifə Əhmədova Gəncə Dövlət Universitetində müəllimlik edir. Hazırda bu şəxsin dosent olmağa can atması və bununla bağlı müəyyən hazırlıq işlərinin görülməsi, eyni zamanda bu məqsədlə büdcədən alimliyə görə müəyyən məbləğdə vəsaitlərin ayrılması və s. onu göstərir ki, əslində AAK-nın qol qoyduğu belə bir əməllər "alim bazarı"ndan başqa bir şey deyil. Görəsən belə bir şəxslərin sayəsində büdcə vəsaitlərinin mənimsənilməsi yüksək çinli vəzifə sahiblərini heç narahat etmirmi? Bu gün belə bir olaylar təkcə GDU-da deyil, yəqin ki, digər təhsil müəssisələrində də baş verir. Bəlkə də Azərbaycan reallığında belə hallara bu gün “yox” deyə bilərik, amma...

P.S. Saxta diplomlu Arifə Əhmədovaya dəstək verən tarix-coğrafiya fakultəsinin dekanı Urfan Həsənovun özünün neçə alim olması da, bu gün böyük şübhələrin əmələ gəlməsinə səbəb olmaqdadır. Çünki, bu şəxsin elmi işinin "Kənd təsərrüfatı texnikasının Zaqafqaziyada yayılması"na aid olması bəlli olsa da, nədənsə tədqiqat işlərinin İrəvan xanlığı ilə bağlılığı qeyd olunur. Bu da adı çəkilən alimin saxta yollarla gündəmdə olmasından xəbər vermirmi? (gdu edu.az) 03.11.2000-ci ildə Urfan Həsənovun (ilk dəfə dekan seçildiyi ildən söhbət gedir) veteran kitabçası əldə etməsi və özünü veteran adlandırması faktının ortaya çıxması, eyni zamanda belə bir faktın bir çox media qurumlarında yayımlanması, görəsən düşündürücü olayların varlığından da xəbər vermirmi?

Mehriban Əzizqızı
GundemXeber.Az