backend

Bakıda ölən uşağa görə klinika külli miqdarda pul istəyir – Video

Bakıda ölən uşağa görə klinika külli miqdarda pul istəyir – Video














“Baku Medical Plaza”da 5 aylıq körpənin dünyasını dəyişməsi və klinikanın körpənin ailəsindən külli miqdarda pul tələb etməsi ilə bağlı görüntülər yayılıb.

İctimaiyyətə müraciət edən Sona Mustafayeva adlı qadın nəvəsinin iyunun 25-də nəvəsinin halının pisləşdiyini və özəl klinikaya çatdırdıqlarını bildirib. O qeyd edib ki, bir neçə saatdan sonra beş ay yarımlıq uşaq vəfat edib:

“Onlar bizə 2500 manat ödəməli olduğumuzu dedilər. Borc-xərc edib vəsaiti ödədik. Sonra daha 10 min manat ödəyəcəyimizi bildirdilər”.

Şikayətçi əlavə edib ki, pulu onlardan genetik analizə görə istəyiblər.