backend

"DSMF-də baş verən biabırçılığın adı nədir?" - GİLEY

"DSMF-də baş verən biabırçılığın adı nədir?" - GİLEY















Teref.info-nun poçtuna daxil olmuş şikayət məktubunu oxuculara təqdim edirik. Şikyətçi ehtiyatda olan zabit Elşən Quliyev yazır:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinə bir necə sual.

Nazirin diqqətinə çatdırmaq istəyirəm ki, 2012 -ci ildən ehtiyatda olan zabit kimi təqaud alıram. Bu ilin may ayının axırında "Kapital" bank tərəfindən verilmiş bank kartının muddəti bitdiyi ücün iyun ayının 8- də yeni kart almaq üçün adıçəkilən bankın "Nərımanov" filalına muraciət etdim. Məlumat burosundan mənə bildırdilər kı,sizin ücün DSMF müvafiq departamenti kart sifariş etməyib. Acigi cox təəccubləndim və eyni zamanda məlumat verən xanımın "bəlkə bir az tez gəlmisiniz"sozündən sonra bir az təəccubüm itdı. Xanım DSMF-nin aidiyətti departamentinə muraciət etməyimi bildirdi.

Həftəaxırı oldugundan fikirləşdim ki novbəti həftə zəng vurum. 12.06.2018 ci il tarixdə Səhər saat 12 də DSMF 190 cagrı mərkəzı tərəfindən verilən 4330670 nömrəsinə zəng vurdum. Cavab verən xanımı məsələdən agah etdım və şəxsı məlumatlarımı ona təqdim etdim. Teref.info ya yazan şikayətçi yazır ki, xanım bir 10 dəqiqə araşdırma apardıqdan sonra məlum oldu kı, verdiyim suala cavab vermək ıqtidarında deyil. Belə olan halda başbilənlərini köməyə çagırdı. Özünu Namiq kimi təqdim edən yoldaş bir xeyli araşdırma apardıqdan sonra “nazilmiş” səslə günahını etıraf edərək bildırdı ki, bəs üzürlu hesab edin, sizin adınızı banka gondərmək yaddan çıxıb deyə bu üzdən sizə yeni kart sifarış edilməyib. Açığı əvvəlcə əsəbləşdim ki, necə ola bilər kı adım sıyahıya düşməsın, mən kı, təqaüdə indi çıxmıram bu necə ola bilər. Lakın başbilən yoldaşın üzürhaxlığını nəzərə alıb məsələnin sülh yolu ilə həllinə razılıq verdim.

Namiq deyilən kəs bidirdi ki günü bu gün mənim üçün yeni kart sifarış ediləcək. Namiq adlı kəsin verdiyi sozə və 0503434369 nömrəsinə inanaraq danışığımız belə yekunlaşdı ki. həftə bayram gunlərinə təsadüf etdiyindən daha sonrakı həftələr ərzində mən yeni kartı alacam. Goründüyü kimi bu ay ərzində olan bütün bayramlar yekunlaşdı. 27.07.2018-ci tarixdə nahar fasiləsindən sonra DSMF-nın 4330670 nomrəsinə dəfələrlə zəng vursam da zənglərimə cavab verən olmadı. Bundan sonra başbilən Namiq adlı kəsın mobil nomrəsinə zənglər etsəm də bu zənglər də cavabsız qaldı. Mən sadəcə öyrənmək istəyırdim biləm, kartın hazır olması barədə onlarda dəqiq məlumat varsa bu isti havada boş yerə bir daha banka getməyim, ancaq zənglərim cavabsız qaldığından məcbur qalaraq getdim.

Bankda mənə məlumat verən xanım 15 gün əvvəl dediyi sozləri bu dəfə də təkrar etdi, bildirdi ki, DSMF tərəfindən mənim ücün yeni kart sifariş edilməyib. Düşdüyüm vəziyəti təsəvvür etmək yəqin ki çətin deyil. Bankdan çıxıb Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 qaynar xəttinə zəng etdim. Cavab verən xanıma baş verənlərin hamısını burada yazıldıgı kımı çatdıraraq bu bıabırcılığa aydınlıq gətırılməsinı, bu barədə cavabdeh rəhbər şəxsin mənimlə əlaqə yaradaraq izahat verməsinı tələb etdim. Təxminən 10 dəqiqə davam edən telefon danışığının sonunda operator xanım məni əmin etdi ki, yaxın 15-20 dəqiqə ərzində məsul şəxs mənimlə telefon əlaqəsi yaradacaq və yaranmış vəziyyətə aydınlıq gətiriləcək.

Göründüyü kimi, artıq bu gun ayın 29- dur ancaq hələ də nazirlikdən kimsə mənimlə telefon əlaqəsi yaratmayıb. Ancaq mən operator xanıma məlumat üçün cadırdım ki, gün ərzində mənimlə əlaqə yaradan olmazsa mən bu barədə mətbuata müraciət edəcəm.

Belə məlum olur ki adıcəkilən nazirlikdə qeyd olunanlarla əlaqədar açıqlama vermək istəyən bir nəfər olsun belə tapilmadı. Belə olan halda mən indı teref.info vasitəsilə nazir Sahil Babayevden soruşmaq istəyirəm, bütün bu baş verən biabırçılığın adı nədir? Nə üçün DSMF bu günə kimi mənim adıma bankda kart sifariş etməyib? Necə ola bilər ki təqaüdcünün şəxsi məlumatları banka ötürülməsin? Və nəhayət, mən adıma yeni kartın sifariş olunmasını daha necə ay gözləməliyəm?

Ehtiyatda olan zabit Elşən Quliyev