backend

Genefondumuz ciddi təhlükə il üz-üzə qalıb-SOS

Genefondumuz ciddi təhlükə il üz-üzə qalıb-SOS



















Respublika Dəri-Zöhrəvi dispanserlərində xəstəliklərin müalicəsinə etinasız yanaşılır

Nədənsə son zamanlar ölkədə dəri-zöhrəvi xəstəliklərinə yoluxanların sayı bir neçə il öncəyə nisbətən xeyli artıb. Bununla bağlı araşdırma aparmış mütəxəssislərin fikrincə, payız və qış aylarında dəri-zöhrəvi xəstəliklərinə daha çox təsadüf olunur. Bu cür xəstəliklərə soyuq aylarda yaxalanan insanlar ondan yaxa qurtarmaqda çətinlik çəkirlər. Sözügedən xəstəlikdən ən çox əziyyət çəkənlər isə azyaşlı uşaqlar və 20-40 yaş arası insanlardır.
Ekspertlərin qənaətincə, dəri-zöhrəvi xəstəliklər daha çox cinsi yolla keçir və yeniyetmələr, gənclər arasında daha çox rast gəlinir. Çünki gənc orqanizmi cinsi yolla ötürülən xəstəliklər xüsusilə həssas edir. Bununla bağlı aparılmış araşdırmaların nəticələrinə görə, cinsi yolla keçən xəstəliklər olduqca zərərlidir. Odur ki, bu cür xəstəliklər insan sağlamlığına ağır zərər vurmaqla yanaşı, hətta bəzi hallarda ölümlə də nəticələnə bilir.
Mütəxəssislər iddia edirlər ki, son illər dəri üzərində gicişmə, göynəmə, ağrı, dartılma, yandırma, bir sıra hissiyyat pozulmaları və s. ümumi-üşütmə, qızdırma, yuxusuzluq, iştahasızlıq, əsəbiliklə müşahidə olunan xəstəliklər insanları ən çox narahat edən problemə çevrilib. Təbii ki, əgər vaxtında müdaxilə olunmasa, o zaman bu xəstəliklər insan orqanizmi üçün ciddi fəsadlar törədə bilər. Bəzən bu cür xəstəliklərə tutulan şəxs uzun müddət müalicə almasına baxmayaraq, yenə də əziyyət çəkir. İnsan hər an, hətta bilmədən belə, bu xəstələliyə yoluxa bilər. Zöhrəvi xəstəliklərə sifilis, trixomoniaz, xlamidioz, hepatit B, C, HIV, qonoreyanı (süzənək) misal göstərmək olar. Dünyada 150-170 milyon süzənək, 200 milyon trixomoniaz və 150 milyon xlamideya infeksiyasına yoluxmuş xəstə var. Rəsmi məlumatlara görə, hazırda Azərbaycanda əhalinin 0,5-0,7 faizi zöhrəvi xəstəliklərdən əziyyət çəkir. İldən-ilə xəstəliyin artmasının əsas səbəbi isə əhalinin miqrasiyası ilə əlaqədardır. İstər xaricə gedənlər, istərsə də oradan gələnlər xəstəliyin artmasında rol oynayır.
Məlumat üçün bildirək ki, hazırda sözügedən xəstəliklərin müalicəsilə əsasən 2 böyük tibb müəssisəsi məşğul olur ki, onlardan biri Şahnaz Baxşəliyevanın rəhbərlik etdiyi Respublika Dəri-Zöhrəvi Dispanseridir. Lakin bu tibb müəssisəsi dəri-zöhrəvi xəstəliklərin tam və tez bir zamanda müalicə olunmasında o qədər də ciddi nailiyyət əldə etməyib. Bunun bir çox səbəbləri var. Məsələn, bu gün dəri-zöhrəvi xəstəliklərin müalicəsində istifadə olunan dərmanlarla bağlı kifayət qədər ciddi problemlər var. Respublika Dəri-Zöhrəvi Dispanserində bu cür xəstəliklərə yoluxanların müalicəsinə bir qədər etinasız yanaşılır. Elə buna görədir ki, Azərbaycanda zöhrəvi xəstəliklərə yoluxmuş şəxslərin sayı ildən-ilə artmaqdadır. Zöhrəvi xəstəliklərin hamısı insan həyatı üçün təhlükəlidir. Çünki bu cür xəstəliklər nəticəsində kişi və qadında sonsuzluq yaranır. Sonsuzluq isə bir millətin genefonduna vurulan ən ağır zərbələrdən biri kimi dəyərləndirilir. Ona görə də bu cür xəstəliklərə və ona yoluxan şəxslərin müalicəsinə olduqca ciddi yanaşmaq lazımdır.
Qeyd edək ki, adıçəkilən dispanserdə zöhrəvi xəstəliklərin müalicəsi zamanı istifadə olunan dərman preparatlarının keyfiyyəti aşağı səviyyədədir. Həmçinin Şahnaz Baxşəliyevanın məhz adıçəkilən dispanserə baş həkim təyin olunduqdan sonra bu səhiyyə ocağında vəziyyət bir qədər də acınacaqlı hal alıb. Belə ki, dəri-zöhrəvi xəstələrin müalicəsi zamanı onlara verilən dərmanların keyfiyyətsiz olması səbəbindən Respublika Dəri-Zöhrəvi Dispanserinə müraciət edən şəxslər arzuolunmaz durumla üzləşməli olurlar. Mütəxəssislər hesab edirlər ki, Şahnaz Baxşəliyevanın rəhbərlik etdiyi tibb ocağında xəstələri dəri-zöhrəvi xəstəliklərindən dərmanlarla müalicə etmək çox çətindir. Çünki bu dispanserdə xəstələrə təklif olunan dərman preparatlarının keyfiyyəti arzuolunan səviyyədə deyil. Yəqin elə məhz bu səbəbdəndir ki, son illər qan komponentlərinin yoxlanması zamanı 1000-ə yaxın sifilis xəstəsi müəyyən edilib. Odur ki, baş həkim tabeçiliyində olan səhiyyə ocağında müalicə və müayinə üsullarına yenidən baxmalı, tez bir zamanda mövcud nöqsanların aradan qaldırması üçün tədbirlər görməlidir.