backend

Bakıda piyada keçidinin üstündə vurulanlar - VİDEO

Bakıda piyada keçidinin üstündə vurulanlar - VİDEO






















Piyadanı piyada keçidində vurmağın cəzasını isə məhkəmə verir.

Bəzən piyadaları qınayırlar ki, keçiddən keçmirlər. Hətta, piyada keçidi ola-ola da ondan istifadə etmirlər. Buna görə də piyadavurmalar ümumi yol qəzalarında üstünlük təşkil edir – təxminən 38 faiz. Amma bəzən elə sürücülərə də rast gəlirik ki, piyadaları nəinki keçid olmayan yerlərdə, elə keçidin üstündə də vururlar. Çünki o sürücülərin anlayışı yoxdur ki, keçiddə piyadaya yol vermək lazımdır. Keçidə yaxınlaşakrən sürət həddini azaltmaq lazımdır.

qaynarxett.az xəbər verir ki, Avtosfer.az-ın təqdim etdiyi videoda iki ayrı-ayrı qəza görüntüsü var.

Birində piyadanı zebranın üstündə vuran sürücü əks olunub, digərində isə sadəcə əcəli elə piyada keçidində tamam olan piyadanın vurulması səhnəsi əks olunub. Hər halda, burada həm qismətdən, həm də qaydaları bilməyən sürücülərdən danışmağa dəyər.

Yeri gəlmişkən, piyada keçidində piyadaya yol verməməyə görə cərimə 50 manatdır. Piyadanı piyada keçidində vurmağın cəzasını isə məhkəmə verir.