Dövlət rəsmiləri Mingəçevirdə

Siyasət 3-07-2018, 13:28
Dövlət rəsmiləri Mingəçevirdə















Baş nazirin birinci müavini Yaqub Eyyubov və "Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyev Mingəçevirə səfər ediblər.

APA xəbər verir ki, onlar yanğın baş vermiş Mingəçevir İES-ə baş çəkiblər. Y. Eyyubov qəzanın fəsadlarının aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib.

Qeyd edək ki, Mingəçevir İES-in 6-cı blokunda yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri cəlb olunub və 6-cı blokda və yarımstansiyada baş verən yanğın söndürülüb. Soyutma işləri aparılıb və vəziyyət tamamilə nəzarət altındadır. Hadisənin ilkin səbəbi kimi həddindən artıq yüklənmə göstərilir.

Hadisə nəticəsində ölən və yaralanan olmayıb.
Oxunub: 252
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 


ILK-10