backend

Bakıda kişini elektroşokla vurdular

Bakıda kişini elektroşokla vurdular






















Zaxarov tutulub.

Naməlum şəxs Abşeron rayon sakini İlqar Hüseynovun üzündən elektroşokla vuraraq içərisində 5000 manat olan selofan paketi əlindən alıb qaçıb.

Bakı şəhər BPİ-dən Oxu.Az-a verilən xəbərə görə, hadisə oktyabrın 30-da saat 16:10 radələrində baş verib.

Qaradağ rayonunda yerləşən ticarət mərkəzində Qaradağ Rayon Polis İdarəsi 10-cu Polis Bölməsi, Çevik Polis Alayı əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, quldurluqda şübhəli bilinən Şərur rayon sakini Mübariz Zaxarov tutulub.