backend

“VERMISƏN 500 MANATI, HESABLAYIB QALANINI QAYTARACAM”-AUDIO SƏSYAZISI

“VERMISƏN 500 MANATI, HESABLAYIB QALANINI QAYTARACAM”-AUDIO SƏSYAZISI














Görəsən musiq məktəbində direktor İradə Bağırovadır, yoxsa Aygül Əliyevadır?


Təqribən üç-dörd gün bundan əvvəl, özünü heç bir əsas olmadan Göygöl rayon Xaqani kənd Uşaq Musiqi Məktəbində direktor müavini elan edən, anası İradə Bağırova ilə ələlə verərək çalışdığı bu təhsil müəssisəsinin “altından girib üstündən çıxan” Aygül xanım Əliyevanın redaksiyamızın elektron poçtuna hədələrlə dolu göndərdiyi açıqlamasına müəyyən mənada çavab vermişdik. Yəni, həmin açıqlamada yazıb qeyd etmişdik ki, adı çəkilən bu xanımın belə bir ixtiyarla çıxış etməsinin bir çox özəl səbəbləri var. Belə ki, onun anası İradə xanım Bağırova işə gəlmədiyi vaxtlarda, Göygöl rayon Xaqani kənd Uşaq Musiqi Məktəbində idarəçiliyi Aygül Əliyeva həyata keçir ki, bu da şifahi fomada olsa belə onun müavin kimi qəbul edilməsinə səbəb olur. Ona görə də adı çəkilən bu xanım əldə etmiş olduğu belə bir ixtiyarlardan yararlanaraq, bu gün də redaksiyamızın elektron poçtuna hədələrlə dolu açıqlamalarını göndərib. Maraqlı haldır ki, musiqi məktəbinə rəhbərlik edən İradə xanım qalıb bir kənarda, bu gün Aygül Əliyeva özünü “döyüş meydanı”nda sanki əsas rolda aparır. Bu da heç cür başa düşülən hal deyil. Axı, Nazirlik Xaqani kənd Uşaq Musiqi Məktəbində direktor vəzifəsini Aygül Əliyevaya deyil, İradə Bağırovaya həvalə edib?. O halda sual oluna bilər ki, görəsən səbəb nədir ki, Aygül Əliyeva həm ortada “yuyulmamış çömçə kimi oynayır”, həm də anasının çoxsaylı qanunsuzluq əməllərini ört-basdır etməyə çalışır? Hətta, bizi ittiham etməkdən də çəkinmir. Amma, bizi müəyyən məsələlərdə ittiham edən xanım o halı da unudur ki, “vermisən 500 manatı, hesablayıb qalanını qaytaracam” deyən biz deyilik.
Odur ki, baş verənlərlə bağlı AUDİO-səsyazısını da sizlərə təqdim edirik.