backend

“Binə”dən prezidentə sabotaj: zavod çörəyin qiymətini bahalaşdırdı - Foto

“Binə”dən prezidentə sabotaj: zavod çörəyin qiymətini bahalaşdırdı - Foto














Qaraçuxur qəsəbəsində yerləşən “Binə” çörək zavodu dövlətə və prezidentə qarşı iqtisadi sabotajla məşğul olmaqda ittiham edilir

Zavod çörəyin çəkisini azaldıb, qiymətini 49 qəpiyə qaldırıb. Bu barədə Araz Məmmədli adlı feysbuk istifadəçisi məlumat yayıb. Onun sözlərinə görə, inflyasiya gedir.

“Binə”dən prezidentə sabotaj: zavod çörəyin qiymətini bahalaşdırdı - Foto





Əslində isə heç bir zavod çörəyin çəkisini azaldıb, tarifini qaldırmayıb. Hazırda Bakıxanov çörək zavodu 50 qəpikdir, “Binə” isə 45 qəpik idi. Amma zavod əhalinin gündəlik dolanışığını nəzərə almayıb.

Bu gedişlə “Binə” çörəyi 1 qəpik də artaraq 50 qəpiyə çatacaq. Bu da istehlakçıların səbətinə ciddi şəkildə zərbədir. Əvəzində isə zavod qazanır.

Əhalinin sosial vəziyyətini nəzərə almadan, Tarif Şurasının qərarı olmadan, qanunsuz şəkildə çörəyin qiymətini qaldıran “Binə” zavodu nə dövlət orqanlarını sayıb, nə də dövlətin iqtisadi siyasətinə uyğun kurs götürüb.

Hökumət ölkədə inflyasiyanın qarşısını almaq, əhalinin narazılığının böyüməməsi üçün layihələr həyata keçirmək istiqamətində addımlar atır.

Amma bu cür müəssisələr şəxsi mənfəətini xalqın istəklərindən üstün tutaraq çörəyin qiymətini bahalaşdırır, çəkisini azaldır.

FİA.Az-ın mediada yayılmış məlumata yazdığına görə, bir müddət əvvəl “Binə” çörək zavodunda istehsal edilən çörəyin içərisindən naməlum əşya tapılması ilə bağlı yazı dərc edilmişdi.

Yazıda bildirilirdi ki, Bakı sakini A.Həsənova 22.02.2017-ci il tarixdə saat 19.00 radələrində Xəzər rayonu Binə qəsəbəsində marketdən çörək alıb. Evdə çörək doğrandığı vaxt içindən təsbit edə bilmədiyi əşya çıxıb.

Qaraçuxur qəsəbəsi, Kərəm İsmayılov küçəsində yaşayan Nicat Vəlizadənin aldığı “Binə” çörək zavodunun istehsalı olan çörəyin içindən qurd çıxması haqda da yazı getmişdi.

Qurddan başqa çörəyin içərisində uzun iplər də olub. Bunlar hələ ictimailəşən faktlardır.

Alın çəkin baxın, 600 qram olmalı olan çörəkləri maksimum 480-500 qramdır. Bu da qiymət artırmağın bir yoludur.

Bundan başqa, zavoda aid avtomobil ölümlə nəticələnən qəza törətmişdi. Sürücülük vəsiqəsi olmayan adam zavodun məhsullarını daşıdığı zaman qəzaya səbəb olub, amma zavod rəhbərliyi hər hansı məsuliyyətə cəlb olunmamışdı.

Zavoda məxsus “Ford” avtomobili “07” ilə toqquşmuşdu, 2 nəfər ölmüşdü, 4 nəfər yaralanmışdı.

Həmin vaxt bu barədə saytlardan bəziləri yazdı, “Ford”un sürücüsünün vəsiqəsi yox idi. Zavod rəhbərliyi bu hadisəyə görə heç bir məsuliyyət daşımadı.

Belə ki, Qala-Türkan yolundakı dairədə – yanacaqdoldurma məntəqəsinin qarşısında “VAZ-2107” markalı, 10 XF 917 dövlət nömrə nişanlı və “Ford” markalı, 90 HJ 927 dövlət nömrə nişanlı avtomobillər toqquşub.

Nəticədə 2 nəfər hadisə yerində ölüb, 4 nəfər müxtəlif bədən xəsarətləri alıb. Vaxtilə Politika.Az da zavodun sürücülərinin təhlükəli sürdüyünü yazmışdı.

Qeyd etmişdi ki, əksəriyyəti sürücülük vəsiqəsi olmayanlardır və məktəb yaxınlığında yerləşən zavoddan ildırım sürəti ilə çıxır, qəza riski yaradır, məktəblilərin həyatını təhlükəyə atırlar.

Növbəti təhlükəni isə qiyməti qaldırmaqla yaratdılar...

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.