backend

Şəmkirdəki yanğın yenidən gücləndi — Külək söndürməyə imkan vermir + YENİLƏNİB

Şəmkirdə meşə massivinə yaxın ərazidə baş vermiş yanğın küləkli hava şəraiti səbəbindən yenidən güclənib.
"Ölkə.Az"ın "Report"a istinadən məlumatına görə, hazırda Yastı meşə zolağına yaxın ərazidə baş vermiş yanğın 150 hektardan çox ərazini əhatə edir.

Öncə yanğın məhdudlaşdırılsa da, küləkli hava şəraiti kol-kos və quru ot sahəsində alovun genişlənməsinə səbəb olub. Hazırda meşə istiqamətinə doğru genişlənən yanğının söndürülməsi istiqamətində bir sıra işlər görülür.

Qeyd edək ki, yanğın baş vermiş əraziyə, ətraf rayon və şəhərlərdən yanğınsöndürən maşınlar köməyə cəlb olunub.

***

Şəmkirdə meşə massivinə yaxın ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb.

"Ölkə.Az"ın "Report"a istinadən məlumatına görə, "Yasamal aşırımı" adlanan ərazidə yerləşən Yastı meşə massivinin yaxınlığında baş vermiş yanğın məhdudlaşdırılaraq alovun meşə ərazisinə keçməsinin qarşısı alınıb.

Lakin hazırda ərazidə küləkli hava şəraiti problem yaratdığından quru ot sahəsində və kol-kos olan bölgədə yanğının tam qarşısı alınmayıb. FHN-nin Şəmkir rayon Yanğından Mühafizə Hissəsindən verilən məlumata görə, əraziyə Şəmkirdən 3, Gədəbəydən, Tovuzdan və Gəncədən 1 yanğınsöndürən maşın cəlb olunub. Əraziyə kömək üçün Qazax və Ağstafa rayonlarından da 1 yanğınsöndürən maşın çağrılıb. Ümümilikdə yanğının tam söndürülməsi üçün 8 yanğınsöndürən avtomobil və biriqada çəlb olunub.
İlkin məlumatlara görə, yanğının söndürülməsi zamanı xəsarət alan olmayıb.

***

Şəmkirdə meşə massivinə yaxın ərazidə güclü yanğın baş verib.

"Ölkə.Az"ın APA-ya istinadən məlumatına görə, yanğın rayonun Şiştəpə kəndindən başlayaraq Şəmkir –Gədəbəy avtomobil yolunun Yasamal aşırımına kimi ərazini əhatə edib.

FHN-in Şəmkir rayon Yanğından Mühafizə Hissəsindən verilən məlumata görə, ərazidə quru ot və kol-kos yanır.

Alovun yaxınlıqdakı meşə massivinə keçməməsi üçün Tovuz, Gədəbəy və Şəmkirdən də yanğınsöndürmə briqadaları cəlb olunub.