Müxalifəti bir araya gətirmək səyləri səmərəsiz vaxt itkisidir...

Siyasət 31-10-2014, 17:46
Müxalifəti bir araya gətirmək səyləri səmərəsiz vaxt itkisidir...













"İstisna etmirəm ki, ölkənin ictimai-siyasi həyatında baş verə biləcək hər hansı bir əsaslı dəyişiklik bu qüvvələri bir araya gətirə bilər"

Dünən müxalifətin əks cinahında olanlar-Siyasi partiyaların Demokratiya və İnsan Haqları Mərkəzi KXCP qərargahında toplaşıb siyasi məhbuslarla bağlı piket keçirməyi qərara alıblar.
-Bəlkə Siz belə bir təşəbbüslə çıxış edib bir-birini həzm edə bilməyən liderləri bir araya gətirib bu pərakəndəliyə son qoyulmasına cəhd edəsiniz? Ümumiyyətlə, müxalifəti bu uçurumdan necə xilas etmək olar sizcə?

Milli Şuranın hüquq komissiyasının sədri Vidadi Mirkamal verilən sualları belə cavablandırıb:

"Müxalifət adlanan toplum birrəngli və eyni məqsədli deyil. Azərbaycanda hökm sürən repressiya, korrupsiya və rüşvət siyasətinə, avtoritar meyllərin güclənməsinə münasibət də müxalifət qurumlarında eyni deyil. Son vaxtlar müxalifət cəbhəsində baş verən təbəddülatlar da bu qurumları kifayət qədər məsafədə saxlayıb. Düşünürəm ki, əgər məqsəd safdırsa, mübarizə əzmi güclüdürsə, bu mübarizədə məram səmimidirsə bu qüvvələrin yolu hardasa kəsişəcək. Ancaq hazırkı durumda bu qüvvələri bir araya gətirmək üçün göstərilən səylər düşünürəm ki, fayda verən deyil və səmərəsiz vaxt itkisidir. Lakin istisna etmirəm ki, ölkənin ictimai-siyasi həyatında baş verə biləcək hər hansı bir əsaslı dəyişiklik bu qüvvələri müəyyən məqsədlər üçün bir araya gətirə bilər."
Oxunub: 825
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 


ILK-10