backend

Ərdoğan Kobani gerçəyini açıqlayır

Ərdoğan Kobani gerçəyini açıqlayır






















“İndi Kobanidə yerli sakin qalmayıb”.

Fransaya səfəri öncəsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kobanidə əsl hədəfin ölkəsi olduğunu bildirib.

qaynarxett.az Axar.az-a xəbər verir ki, Ərdoğan Kobanidə 200 min insan yaşadığını, ancaq buranın yalnız Türkiyə üçün strateji əhəmiyyəti olduğunu qeyd edib.

Ərdoğan Kobani əməliyyatının göründüyü kimi İŞİD-ə qarşı mübarizə olmadığını deyib:

“Kobani mənim sərhəddimdə yerləşir. Əgər strateji əhəmiyyəti varsa, mənim üçün olmalı. 200 min insan oradan çıxmış vəziyyətdə. İndi Kobanidə yerli sakin qalmayıb. Bizə dedilər ki, PYD-ə silah yardımı edin. Mən də dedim ki, səhv edirsiniz, çünki PYD terror təşkilatıdır”.