backend

Nərimanov RİH-nin başçısının müavini Şahmar İbadov yenə “Ev Yıxır”

Nərimanov RİH-nin başçısının müavini Şahmar İbadov yenə “Ev Yıxır”
Azərbaycan Respublikasının Prezidenti

Cənab İ.H.Əliyevə

Azərbaycan Respublikasının Birinci vitse-

Prezidenti, H.Əliyev Fondunun Prezidenti

Mehriban xanım Əliyevaya

Müraciət



Cənab Prezident!
Hörmətli Mehriban xanım!
Bu gün 05.07.2018-ci il tarixində Sizə qarşılaşdıgımız özbaşnalıq və hədə-qorxularla mülkiyyətimizin sökülərək mənzillərimizdə ölüm təhlükəsi ilə üzləşmək barədə Nərimanov RİH-nin başçısının müavini İbadov Şahmar Bəybala oglu tərəfindən bizə hədə qorxu gəlindiyi üçün və real təhlükələr olacagını hiss etdiyimizdən həyatımızın və mülkiyyətimizin qorunması naminə Sizlərə müraciət edirik. Belə məmurlar bizdə Dövlətə və dövlətçiliyimizə inanımımızı azaltmaq niyyəti ilə hər cür hadsızlıqlara gedərək Nərimanov rayonu Təbriz küçəsindəki 71 saylı həyətdə yerləşən mənzillərimizə verilən kommunal xidmətləri kəsmək və zorla mənzillərimizi sökməklə hədələməkdən belə çəkinmirlər.

Bildiririk ki, biz uzun illər yaşadıgımız xüsusi mülkiyyətdə olan yaşayış evlərimizdən zorla çıxarılmaq təhlükəsi ilə üz-üzə qalmışıq. Sizin rəhbərliyiniz altında Dövlətimizin həyata keçirdiyi bütün siyasəti dəstəkləyirik və Prezident seçkilərində həmişə yüksək aktivlik göstərərk Sizə səs verməklə bir daha inamımızı nümayiş etdirmişik.

Təbii ki, aparılan yenidənqurma və quruculuq işlərini dəstəkləyirik və hər çür köməklik göstərməyə hazırıq. Bizim xahişimiz söküləcək mənzillərimizin yerində tikiləcək binadan bizə mənzillərimizin verilməsidir.

Lakin Nərimanov RİH-nin rəhbərliyi mənzillərimizn yerləşdiyi ərazinin bazar qiyməti ilə baha olması səbəbindən bizə tamamilə başqa ərazidə mənzillər təklif edirlər. Biz razılaşmadıgımız üçün biz şər və böhtan deməkdən belə çəkinmirlər. Azərbaycan Respublikasının Nazirlər kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, NizamiYasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisado inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə olan Qərarının 1.3 bəndinin tələbinə görə də qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması nəzərdə tutulmuşdur.

Lakin Nərimanov RİH-nin rəhbərliyi Azərbaycan Respublikasının Nazirlər kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı Qərarına məhəl qoymayaraq

bizim mülkiyyətimizdə olan mənzillərimizi zorla sökmək və bizi tamailə başqa əraziyə köçürmək istəyirlər.

Xahiş edirik ki, bizim həyatımızın və mülkiyyətimizin xilası naminə müraciətimizi ciddi nəzarətə götürəsiniz və kommunal xidmətlərimizin kəsilməsinin qarşısının alınması, söküləcək mənzillərimizin yerinə inşa olunacaq yeni yaşayış binasında mənzillərlə təmin olunmagımıza, aidiyyatı qurumlara müvafiq tapşırıq verəsiniz.

Əvvəlcədən Sizlərə inanaraq dərin minnətdarlıgımızı bildiririk

Bakı şəhəri, təbriz küçəsi 71 ünavanında yaşayan

mənzillərin mülkiyyətçili:

Həsənova Esmira əhməd qızı

Cəfərov cavid Novruz oglu

Rəhimonva nazilə Məmməd qızı

Dadaşöv fəxrəddin Aga oglu

Cəfərov şahmar Cəfər oglu

Əliyev zahid Bəylər oglu

Göyçəliyev Səməd Qərib oglu

Həsənov Qalib Qəribaga oglu

Məcidov Nevrut Nəriman oglu

yenigundem.az