backend

"Sosial şəbəkələrdə normal adamlar olmur” — Araz Əlizadə

"Sosial şəbəkələrdə normal adamlar olmur” — Araz Əlizadə















“Mən əvvəllər də deyirdim ki, sosial şəbəkələrdə normal adamlar olmur. İndi də bu fikirdə qalıram”.
Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə bildirib.
A.Əlizadə Azərbaycanda sosial şəbəkələrin məhdudlaşdırılmasına tərəfdar olduğunu söyləyib:
“Mən sosial şəbəkələrin məhdudlaşdırılmasına və nəzarət olunmasına tərəfdaram. Nəzarətsiz olanda, gəlib savadsız və zırlamanın biri oturub nə istəyirsə, onu da yazır, insanları təhqir edir, radikal çağırışlar edilir və sairə. Ona görə də mən Azərbaycanda sosial şəbəkələrin məhdudlaşdırılmasına tərəfdarıyam”.