“Android” istifadəçiləri təhlükədə: Yeni virus yayılıb

Dunya 13-07-2018, 09:00
“Android” istifadəçiləri təhlükədə: Yeni virus yayılıb















"IBM X-Force” şirkətinin təhlükəsizlik üzrə tədqiqatçıları "Google Play” əlavələrində gizlənən "Anubis” adlı təhlükəli virus aşkarlayıblar.

Kibercinayətkar qruplaşması tərəfindən zərərli proqram təminatı "Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfonlar üçün onlarla proqramda gizlədilib.

Viruslar internet mağazaları, maliyyə yardımçı funksiyaları və avtomobil əlavələri adı altında "maskalanıb”.

Bildirilir ki, yoluxdurulmuş proqramı qurğuya yüklədikdən sonra "Anubis” quraşdırılmış "Google Protect” antivirus adı ilə istifadəçinin fəaliyyətini skan etmək üçün hüquqlar tələb edir. Bundan sonra troyan telefon sahibi bank əlavələrində və elektron pul kisələrində fərdi məlumatları daxil edənədək ekranın şəklini (screenshot) çəkir.

Virus tərtibatçıları "Google Play” təhlükəsizlik alqoritmləri tərəfindən aşkarlanmamaq üçün onun imkanlarını mütəmadi modernləşdirib və kodu dəyişiblər. Mütəxəssislər bildirib ki, "Anubis” Türkiyə istifadəçiləri üçün nəzərdə tutulub, lakin zərərli proqram təminatının konfiqurasiyasından məlum olur ki, virus digər ölkələrə də yayıla bilər.

"IBM X-Force” əməkdaşları "Google Play” mağazasında təhlükəli əlavələrin ləğv edilməsi üçün aparılan tədqiqatın nəticələrini "Google” şirkətinə göndəriblər.

///Qaynarinfo
Oxunub: 267
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 


ILK-10