backend

Bu mahnıda türklərə qarşı nifrət var - Ermənilərdən daha bir təxribat

Bu mahnıda türklərə qarşı nifrət var - Ermənilərdən daha bir təxribat






















“Türklər qanunsuz Ana vətənə sahib çıxmış”.

İlk beynəlxalq erməni mahnı yarışması “Tsovits Tsov”un (Dənizdən dənizə) finalına qalan, 14 mahnıdan biri seçilən Sevan Amroyana aid “Qardaşım və mən” mahnısı türklərə qarşı nifrət ifadələri ilə diqqət çəkib.

qaynarxett.az Qafqazinfo-ya istinadən xəbər verir ki, final gecəsi noyabrın 23-də Moskvadakı Kremlin Sarayında keçiriləcək və qalibə 10 min dollar veriləcəyi müsabiqəyə ermənilərin yaşadığı 12 ölkədən ermənilər qatılıb. Sevan Amroyanın “Axpers u es” (Qardaşım və mən) adlı mahnısı finala qalan 14 mahnıdan biri seçilib. Mahnıda “Türklər qanunsuz Ana vətənə sahib çıxmış”, “Qardaşım və mən türkə vururuq” kimi türklərə qarşı nifrət ehtiva edən sözlər yer alıb.

Qeyd edək ki, müsabiqəyə Türkiyədən qatılan erməni və türk musiqiçilərdən ibarət “Vomank” adlı qrup isə “Vantage” adlı mahnı ilə finalda iştirak edəcək.