backend

Tramp-Putin konfransında İSİDENT + Video

Tramp-Putin konfransında İSİDENT  + Video

Finlandiyanın paytaxtı Helsinkidə ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putinin mətbuat konfransına bir neçə dəqiqə qalmış gərginlik baş verib.

“Qafqazinfo” “Ahaber”ə istinadən xəbər verir ki, konfrans zalında Sam Hüseyni adlı bir jurnalist “Nüvə Silahlarının Qadağa Edilməsi Razılaşması” yazılan kağız nümayiş etdirib.

Bu zaman mühafizəçilər kağızı onun əlindən almaq istəyib və gərginlik yaranıb. Digər mühafizəçilərin də müdaxilə etməsindən sonra prezidentlər gəlmədən jurnalist zaldan çıxarılıb.

Qeyd edək ki, “Nüvə Silahlarının Qadağa Edilməsi Razılaşması” BMT-də keçirilən səsvermədə 122 səslə qəbul edilmiş, nüvə silahına sahib olan ABŞ, İngiltərə, Rusiya, Fransa və Çin kim ölkələr buna qarşı çıxmışdı.

[media=https://bax.tv/video/35330.html]