backend

“Cadugərlər bayramı”nda anasının başını kəsdi

“Cadugərlər bayramı”nda anasının başını kəsdi


















Oğlun dəhşətli əməlini hamı zarafat zənn edib.

Dünyanın dörd bir tərəfində insanların “Cadugərlər bayramı”nı (“Halloween”) qeyd etdiyi bir gündə Amerika Birləşmiş Ştatlarında (ABŞ) yaşayan bir gəncin anasını öldürməsi də bayram zarafatı kimi qəbul edilib.

qaynarxett.az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, ABŞ-da Nyu-York şəhərinin Lonq İzlənd bölgəsindəki binalardan birində yaşayan 35 yaşlı Derek Vord eyni evdə yaşadığı anası 66 yaşlı Patrisia Vordun başını kəsərək qətlə yetirib. Qatil oğul daha sonra başsız cəsədi sürükləyərək küçəyə çıxarıb.

Qorxunc hadisəni görən ətrafdakılar əvvəlcə baş verənlərin, sadəcə bir “Cadugərlər bayramı” zarafatı olduğunu düşünüblər. Lakin həqiqəti öyrəndikdə dəhşətə gəliblər və dərhal polisə məlumat verilib.

Hadisə yerinə gələn polis qadının öldüyünü, qatil oğulun isə həyatına qəsd etdiyini müəyyən ediblər.

Yerli polisin verdiyi məlumatda, Derek Vordun əqli pozğunluğu olduğu bildirilir. O, anasını öldürdükdən sonra yaxınlıqdan keçən bir qatarın önünə çıxaraq həyatına son verib.

Qeyd edək ki, “Cadugərlər bayramı” (“Halloween”) bayramı hər il 31 oktyabr tarixində qeyd edilən müasir balqabaqlar bayramıdır. Bayram müasir Böyük Britaniya və İrlandiya ərazisində yaşayan Şotland xalqı Keltlərin adətləri əsasında hazırlanıb. Başlıca olaraq ABŞ, Böyük Britaniya, İrlandiya, Rusiya, Asiya qitəsində yerləşən Sinqapur, Cənubi Koreya, Yaponiya, okeaniyada yerləşən Avstraliya, Yeni Zelandiya kimi ölkələrdə təntənəli şəkildə keçirilir. Ölkəmizdə də bəzi gənclər əyləncə məqsədilə belə partilərdə iştirak edirlər.