backend

TSEK- lə Lənkəran Rayon Mərkəzi Xəstəxanası arasında gedən ötür-ötür oyununun hakimi kimdir?

TSEK- lə Lənkəran Rayon Mərkəzi Xəstəxanası arasında gedən ötür-ötür oyununun hakimi kimdir?

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev nazirlikdə baş verən məmur özbaşınalıqları, vəzifə səlahiyyətlərindən sui - istifadə, rüşvətxorluq, korrupsiya və s. halları aradan qaldırmaq üçün gördüyü tədbirlər və apardığı kadr dəyişiklikləri, sağlamlığını itirən, lakin əlillik dərəcəsi ala bilməyən xəstə insanlarda böyük ümid hissi yaradıb. İnsanlar inanırlar ki, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyində sosial ədalət prinsipləri əsas meyar sayılacaq və hər bir ölkə vətəndaşının üzləşdiyi sosial problem Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin səlahiyyətli çərçivəsində öz həllini tapar.

Bu məqsədlə hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin tapşırığı ilə nazirlikdə bu məsələlərin araşdırılması üçün yeni işçi qrupu yaradılıb və baş verən bütün qanunsuzluqları aradan qaldırmaq üçün həmin işçi qrupu gücləndirilmiş iş rejimində işləyir.

Qeyd edək ki, bu vaxta qədər, xəstəlik nəticəsində sağlamlığı məhdud olan, lakin əlillik dərəcəsi almağa möhtac olan vətəndaşlara əlillik dərəcəsi təyin olunmaq üçün Rayon Mərkəzi Xəxtəxanaları tərəfindən elektron müraciət qaydaları əsasında tibbi sosial komissiyasına göndərilən “Forma 88” adlanan göndərişlərə bilərəkdən və məqsədyönlü imtina verilməsində TSEK- lə birlikdə Rayon Mərkəzi Xəstəxanaları da maraqlı tərəf kimi birgə çıxış ediblər.

Hazırda əlillik dərəcəsinin təyin olunması ilə bağlı ən çox problem yaşanan rayonlardan biri də Lənkərandır. Lənkəran Rayon Mərkəzi Xəstəxanasının aidiyyatı şəxsləri (baş həkim Ağabala Kəlbiyev, baş həkimin müavini Taleh Məmmədov və mərkəzi poliknikanın müdiri Zahir Axundov) Tibbi Sosial Ekspert Komissiyası ilə birləşərək, əlillik dərəcəsinə möhtac olan vətəndaşların sosial hüquqlarını kobud halda pozaraq, onları maddi və mənəvi təzyiqlərə məruz qoyurlar. Belə vətəndaşlardan biri də Lənkəran rayonu, H. Z. Tağıyev küçəsində yaşayan 1971- ci il təvəllüdlü, 3 uşaq anası, ingilis dili müəlliməsi Hüseynova Nəzakət Aydın qızıdır. O, 2017- ci ilin yanvarında “Beyin insulti” keçirib və sağlamlığı hələ də, bərpa olunmayıb.

Lənkəran Rayon Mərkəzi Xəstəxanası tərəfindən onun əlillik dərəcəsi almaq üçün TSEK-ə etdiyi müraciətlərə üç dəfə imtina bildirişləri gəlmiş, həmin imtina bildirişlərinə iki dəfə “Xəstənin əlavə müalicəyə ehtiyacı var” sözləri yazılmışdır. Sonuncu dəfə isə 12 yanvar 2018- ci il tarixli “Forma 88” nömrəli 0284003AAGCA olan mürcaiətinə verilən imtina bildirişində səbəb kimi göndərişin natamam doldurulmaması göstərilib.

Sənədlərdən aydın görünür ki, tibbi sosial ekspertiza komissiyası ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanası birgə fəaliyyət göstərərək, məqsədyönlü şəkildə vətəndaşların əlillik dərəcəsi alınmasına süni maneələr yaradırlar. Məlumata görə, TSEK- lə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının birgə sövdələşməsi nəticəsində əlillik dərəcəsi təyin olunmasına görə, hər bir xəstə üçün bazar qiyməti 3000- 4000 manat civarındadır. Yəni, əlillik dərəcəsi vətəndaşların xəstəliklərinə görə deyil, ciblərinə uyğun təyin olunur.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ağabala Kəlbiyev deyir ki, Nəzakət Hüseynovanın əlillik dərəcəsi ilə bağlı TSEK-ə göndərilən müraciətlər tam düzgün doldurulub. Lakin TSEK bilərəkdən imtina verir.

TSEK-in hazırki rəhbəri Gülnarə Hacıyeva isə deyir ki, TSEK yalnız mərkəzi xəstəxanaların göndərişlərində xəstələrin xəstəliyi əsasında onların sənədlərinə rəy verir. G. Hacıyeva xəstə N. Hüseynovanın məsələsində konkret olaraq göstərir: “Nəzakət Hüseynovaya 12. 01. 2018 – ci il tarixdə Tibbi Sosial Ekspert Komissiyası tərəfindən onlayn rejimdə TSERAS üzərindən “göndərişin natamam doldurulması səbəbilə” əlillik dərəcəsi müəyyən edilməmişdir”.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi şöbəsinin müdiri Gülmirzə Poladov xəstə Nəzakət Hüseynovaya, ombudsman Elmira Süleymanovaya və digər dövlət qurumlarına verdiyi cavablarda göstərir ki, Nəzakət Hüseynovaya “beyin arteriyalarının trombozu nəticəsində yaranan beyin infarktı, işemik insultun qalıq əlamətləri, spastik hemirlegiya” diaqnozu ilə əlilliyin təyini üçün 08. 08. 2017 – ci il və 12. 01. 2018 – ci il tarixlərdə Lənkəran Rayon Mərkəzi Xəstəxanası tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi sosial ekspert komissiyasına göndərişlər verilmişdir. Lakin komissiya tərəfindən hər 2 halda əlilliyin təyin olunmasından imtina edilmişdir.

Burada aydın görünür ki, Gülmirzə müəllim dövlətin ona etibar etdiyi işinə məsuliyyətsiz yanaşaraq ağ yalan danışıb. Düşdüyü vəziyyətdən çıxmaq üçün.
Bəli, Lənkəran Rayon Mərkəzi Xəstəxanası tərəfindən xəstə Nəzakət Hüseynovaya əlillik dərəcəsi almaq üçün TSEK- ə etdiyi müraciətlərə üç dəfə imtina bildirişləri gəlmişdir. Həmin imtina bildirişlərinə iki dəfə “Xəstənin əlavə müalicəyə ehtiyacı var” sözləri yazılmış, sonuncu dəfə isə 12 yanvar 2018- ci il tarixli imtina bildirişində səbəb kimi göndərişin natamam doldurulmaması göstərilib.
Baxın, Gülmirzəkimilər insanların problemərini belə həll edirlər, yalnız kağız üzərində! Belə şəxslər unudurlar ki, artıq yalan danışmağın zamanı bitmişdir.

Nəzakət Hüseynovanın etdiyi müraciətlərə Səhiyyə Nazirliyi və TSEK tərəfindən, göstərilən faktların araşdırılmadan belə səthi cavab vermələri yalnız təəssüf doğurur. Səhiyyə Nazirliyi birmənalı olaraq bilməlidir ki, Nəzakət Hüseynova bilmək istəyir ki, maddi və mənəvi təzyiqlərə hansı qurum tərəfindən qalıb. Lənkəran Rayon Mərkəzi Xəstəxanası, yoxsa TSEK tərəfindən.

Dövlətin qanunlarını çoxdan yddan çıxarıb, qəlbləri buz bağlamış, gözləri kor və qulaqları kar olanlar bilsinlər ki, xəstə əlilin haqqına göz dikib, onu mənimsəməyi, nə qanun, nə də, Ulu Tanrı bağışlayar. Həmin şəxslər bilməlidir ki, bir ananın haqqını batırmaq və ona zülm etmək bəşəriyyətin bütün analarına zülm etmək deməkdir. Bir də onlar yaddan çıxarmasınlar ki, nə vaxtsa, onların da ana və bacıları əlillik dərəcəsinə möhtac ola bilərlər. Həmin şəxslər gec- tez qanun qarşısında cavab verəcəklər.

Hələlik isə bilinmir, TSEK ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanası arasında gedən ötür- ötür oyununun hakimi kimdir?

TSEK- lə Lənkəran Rayon Mərkəzi Xəstəxanası arasında gedən ötür-ötür oyununun hakimi kimdir?


TSEK- lə Lənkəran Rayon Mərkəzi Xəstəxanası arasında gedən ötür-ötür oyununun hakimi kimdir?


TSEK- lə Lənkəran Rayon Mərkəzi Xəstəxanası arasında gedən ötür-ötür oyununun hakimi kimdir?