backend

““KİRS” şirkəti mənim hüquqlarımı kobudcasına pozub” - GİLEY

““KİRS” şirkəti mənim hüquqlarımı kobudcasına pozub” - GİLEY















Abşeron rayonunda fəaliyyət göstərən “Kirs” şirkəti tenderin qalibi olduqdan sonra Xırdalan şəhərindəki 27-ci məhlədə su və kanalizasiya xətlərinin yenilənməsinə başlayıb. Hal-hazırda kanalizasiya xətlərinin çəkilişi ilə məşğul olan şirkətin əməkdaşları müxtəlif texnikadan istifadə edərək, işləri tezliklə yekunlaşdırmağa çalışırlar.

Şirkətin gördüyü işlərdən razı qalanlarda var, narazı olanlar da. Dünən redaksiyamıza müraciət edən Xırdalan şəhər sakini, 27-ci məhəllə, bina 2 “B”, mənzil 40-da yaşayan Lətifov Asif Aydın oğlu “Kirs” şirkətindən və yaşadıqları məhəllədə çalışan şirkətin əməkdaşlarından şikayətçidir. O deyir ki, şirkət əməkdaşları tərəfindən yaşadıqları binanın qarşısında iş görən zaman ona və qonşularına xeyli ziyan vurulub.

Asif Lətifovun sözlərinə görə, 17.07.2018-ci il tarixdə saat 17.00 radələrində yaşadığı 3-cü blokdan evə daxil olmaq istəyərkən blokun altında xeyli su yığıldını görüb. Məlum olub ki, şirkətin ekskvatorçusu binanın qarşısında qazıntı işləri apararkən, səriştəsizlik edərək, yaşadığı mənzilə məxsus olan kanalizasiya xəttini dağıdıb və nəticədə blokun qarşında iri su gölməçisi əmələ gəlib.

Şikayətçi daha sonra dedi: “Su binanın altına dolmasın deyə qonşumu çağırıb şirkətin iş icraçısını axtarıb tapdıq. Əvvəlcə onların bu yarıtmaz, başdansovdu işlərinə görə, mənə xeyli miqdarda ziyan vurduqları üçün ona öz narazılığımı və iradlarımı bildirdim. Şirkət əməkdaşının nəzərinə çatdırdım ki, onların köməkliyi ilə tez bir zamanda kanalizasiya xətti təmir olunmazsa, yaşadığımız binanın altı su ilə dolacaq və sakinlərin haqlı narazılıqlarına səbəb olacaqdır. Buna görə də mən öz vəsaitim heasbıma şirkətin ekskavatorçusunun qopartdığı kanalizasiya xəttini elə həmin gün düzəltdirdim. Və şirkətin iş icraçısından xahiş etdik ki, qazıntı işləri apararkən, qaz, su və kanalizasiya xətlərinə diqqət yetirsinlər, binanın qarşısındakı yaşıllığa, ağaclara zərər yetirməsinlər”.

Asif Lətifov deyir ki, çirkət əməkdaşları sakinlərin irad və narazılıqlarını qulaqardına vurublar: ““Kirs” şirkətinin əməkdaşları növbəti gün mənə daha zərbə vurdular. Belə ki, 18.07. 2018-ci il tarixdə şirkətin ekskavatorçusu bu dəfə qazıntı işləri apararkən, evimizə və ağaclara çəkdiyim su xətlərini qopardı və idarə etdiyi texnika vasitəsilə ağaclarımı qırmaqla yanaşı, bizim balkonumuza da xeyli zərər vurdu. Bu dəfə mən şirkətin məsul əməkdaşına sərt reaksiya verdim, işçilərinə iradlarımı bildirdim və onlara barələrində şikayət edəcəyimi dedim. Onlar isə əvəzində mənə belə cavab verdilər: “Gedin hara, kimə şikayət edirsinizsə edin, biz heç kimdən qorxmuruq və gözükölgəli yerimiz yoxdur”. Mən şirkət əməkdaşlarının işlərinə məsuliyyətsiz yanaşmaları, onların kobud davranışları və etik normaları aşmaları ilə bağlı əvvəlcə Abşeron Rayon İcra Hakimiyyətinə, həmin şirkətin rəhbərliyinə və su xəttlərini vəhşicəsinə qırması ilə bağlı “Azərsu”ya şikayətlər vermişəm. Şübhəsiz ki, yenə də öz vəsaitim hesabına su xətlərini təmir etdir dim. Bildirmək istəyirəm ki, Abşeron Rayon İcra Hakimiyyətindən mənim müracitimə reaksiya verdilər və bu məsələləri araşdıracaqlarını bildirdilər.

Sonda isə “Kirs” şirkətinin rəhbərliyinə bildirmək istəyərdim ki, şirkətin əməkdaşları mənim əmlakımı dağıtmaqla mənə xeyli miqdarda maddi, mənəvi və psixoloji zərər vurublar. Buna görə də, onlar məsuliyyət daşıyırlar, cavabdehdirlər. Şirkətin rəhbərliyinə bir daha xatırlatmaq istəyirəm ki, şirkətə işçilər qəbul edərkən, işə məsuliyyətli, vətəndaşların hüquqlarını pozmayan, təcrübəli, sənətin qədrini bilən, etik və davranış qaydalarına riayıət edən şəxsləri qəbul etsinlər”.
Hurriyyet.org