backend

Qarabağ Mitinqi Komitəsi brifinq keçirdi

Qarabağ Mitinqi Komitəsi brifinq keçirdi

Qarabağ Mitinqi Komitəsi bu gün brifinq keçirib. Brifinqdə Komitənin üzvlərindən Akif Nağı, Pənah Hüseyn, İsgəndər Həmidov, İxtiyar Şirin, Mirmahmud Mirəlioğlu, Akif Heydərli, Əvəz Zeynallı, Tural Abbaslı, Felmar Ələkbərli, Razim Əmiraslanov, Mustafa Hacıbəyli, Barat İmani və digərləri çıxış edərək, Qarabağ mitinqinə icazə verilməməsini sərt tənqid edib, Qarabağın azadlığı üçün təcili tədbirlərin görülməsi, müharibənin başlanılmasının vacibliyini vurğulayıblar. Çıxış edənlər Qarabağın azadlığı üçün yeni Qarabağ Hərəkatının başlandığını, bu Hərəkata Azərbaycanda və ölkədən kənarda yaşayan azərbaycanlıların ciddi dəstək verdiyini bildiriblər. Sonda hakimiyyətə və beynəlxalq təşkilatlara davamlı, daimi, fasiləsiz təzyiqlərin göstərilməsi istiqamətində mitinq, piket, dəyirmi masa və digər tədbirlərin keçirilməsinə dair qərar elan olunub.

Qarabağ Mitinqi Komitəsi brifinq keçirdi
Qarabağ Mitinqi Komitəsi brifinq keçirdi