backend

TƏCİLİ!!! Ermənistan Qarabağdan birdəfəlik imtina etdi - RAŞİNYAN RUSİYANI ŞOKA SALDI...

TƏCİLİ!!! Ermənistan Qarabağdan birdəfəlik imtina etdi - RAŞİNYAN RUSİYANI ŞOKA SALDI...

Paşinyanın bu günkü sözləri Rusiyanı şoka salıb

Ermənistan baş naziri Nikol Paşiyanın bu gün keçirdiyi Qarabağ münaqişəsi barədə dediklərini Ermənistanın Qarabağdan imtinası kimi dəyərləndirmək olar. Qaynarxett.az-ın məlumatına görə, bir yandan Azərbaycan prezidenti İlham Əliyevlə görüşə hazır olduğunu bildirən Nikol Paşinyan digər tərəfdən Ermənistan işğal etdiyi ərazilərdən çıxmayacağını bəyan edir.

Təbii ki, Qarabağ nizamlanmasının ilk şərti Ermənistanın işğal etdiyi 5 rayondan – Ağdam, Fizuli, Cəbrayıl, Zəngilan və Qubadlıdan çıxmasıdır. Bu, Ermənistana həm ATƏT-in Minsk qrupunun qərbli həmsədrləri tərəfindən, həm də forpostu olan Rusiya tərəfindən tövsiyyə edilir, yəni həm Madrid prinsipləri, həm də Lavrov planı bunu tələb edir. Paşinyan bununla bağlı danışıqlardan imtina etməklə, həm də Qarabağ həllindən imtina edir.

Belə görünür ki, keçmiş şefi Levon Ter-Petrosyanla keçirdiyi görüş belə Nikol Paşinyana təsir etməyib. O, Levon Ter-Petrosyanın dediklərində yeni bir şey olmadlığını iddia edib. Əslində, Levon Ter-Petrosyan və Serj Sarkisyan Dağlıq Qarabağ ətrafındakı 5 rayonun Azərbaycana qaytarılmasını regionda sülh üçün vacib sayıblar və Nikol Paşiyan onları bu mövqelərinə görə tənqid edib. Belə çıxır ki, o, fikrini dəyişməyib.
TƏCİLİ!!! Ermənistan Qarabağdan birdəfəlik imtina etdi - RAŞİNYAN RUSİYANI ŞOKA SALDI...
Ermənistan Qarabağdan birdəfəlik imtina etdi
Madrid prinsiplərinə əsasən Azərbaycanın işğal olumuş ərazilərinin mərhələli şəkildə azad olunması
Yəni xarici işlər naziri Zöhrab Mnasakanyan yəqin ki, mütəmadi olaraq Azərbaycanlı həmkarı ilə görüşəcək, Paşinyana paralel danışıqlar aparacaq, amma Paşinyansa heç bir sənədə qol çəkməyəcək, ən azından Paşinyan növbəti parlament seçkilərini udub baş nazir olana kimi. Bu isə təxminən 2019-cu ilin mayında baş verə bilər, çünki növbədən kənar parlament seçkilərinin son tarixi mayda bitir.

Rusiya Ermənistanı Qarabağda ən incə yerindən vuracaq
Amma Paşinyan yenidən baş nazir seçiləndən sonra da Qarabağ danışıqlarına getməyə bilər və bu gün keçirdiyi mətbuat konfransında o, bunun ipuclarını verib. Nikol Paşinyan faktiki olaraq Qarabağ danışıqlarını Rusiyanın öhdəliyinə buraxdığını bildirib. Jurnalistlər danışıqlardan imtinanın Azərbaycana müharibə hüququ vermək olduğunu xatırlatdıqda Ermənistan baş naziri deyib: “Rusiya supergüc kimi bizim regionda müharibəyə yol verməmaək üçün imkanlara malikdir. Mən inanmaq istəmirəm ki, Ermənistanın strateci müttəfiqi Rusiya öz rıçaqlarından istifadə edib müharibəni dayandarmayacaq. Mən inanmıram ki, Rusiya müharibənin başlamasına imkan verəəcək və Azərbaycanı dayandırmaq üçün rıçaqlarından istifadə etməyəcək”,- deyə “Lragir” Paşiyanın mətbuat konfransındakı sözlərini dərc edib.

Diplomatik dillə bu, Ermənistanın Qarabağ münaqişəsinin həlli üzrə hüquqlarını Rusiyaya devr etməsi deməkdir. Bu açıqlama nəinki Ermənistan, hətta Rusiya mətbuatında belə heyrətlə qarşılanıb. Rusiyanın populyar “Lenta.ru” portalı mətbuat konfrasına həsr etdiyi məqaləsini “Ermənistan Qarabağ münaqişəsinin həlli üzrə məsuliyyəti Rusiyaya ötürdü” başlığı altında verib. Yəni məsuliyyət daşıyan dövlət hüquqa da malik olur.

Bu, Zori Balayanın bir neçə il öncə Vladimir Putinə yazdığı məktuba bənzəyir. Onda Balayan Rusiyaya təklif edirdi ki, Gülüstan sülh müqaviləsinə əsaslanıb Qarabağı özünə götürsün. Bu, erməni millətçilərinin sərt reaksiyasına səbəb olmuşdu. Onlar iddia edirdilər ki, Qarabağ Ermənistanın ayrılmaz parçasıdır. Amma göründüyü kimi indi eyni sözü baş nazirləri deyir. /İstiPress/