backend

İranda növbəti zəlzələ — 800 bina dağıldı, 287 yaralı var + YENİLƏNİB

İranda növbəti zəlzələ — 800 bina dağıldı, 287 yaralı var + YENİLƏNİB















İranın qərbində Kermanşah vilayətində 5.9 bal gücündə baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 287 nəfərə çatıb.
Zəlzələdən 43 kəndə ziyan dəyib, 101 bina isə tamamilə dağılıb.

Vilayətin şəhər və kəndlərində 800-dən çox binanın qismən dağıldığı bildirilir.

Hazırda təmir işləri aparılır.

***

İranda baş verən zəlzələ zamanı xəsarət alanların sayı 146 nəfərə çatıb.
Zəlzələ zamanı xəsarət alanlardan 21-i xəstəxanalara yerləşdirilib.

***

İranda bu gün ərzində növbəti dəfə zəlzələ baş verib.

"Ölkə.Az" xəbər verir ki, İranın qərbindəki Kirmanşah əyalətində qeydə alınan zəlzələ 5,9 bal gücündə olub.

Zəlzələ nəticəsində 128 nəfər xəsarət alıb.