backend

AzTV-də qeyri-adi, təəccüb doğuracaq dəyişiklik gözlənilir... - Nə baş verir?

AzTV-də qeyri-adi, təəccüb doğuracaq dəyişiklik gözlənilir... - Nə baş verir?














PİA.AZ xəbər verir ki, Dövlət televiziyasının “Xəbərlər” İnformasiya proqramları studiyasının baş direktorunun televiziyaya, ümumiyyətlə mediaya dəxli olmayan bir adamla əvəzlənəcəyi gözlənilir. Televiziya rəhbərliyinə yaxın olan mənbələrin sözlərinə görə bu barədə artıq əmr hazırdır, “Xəbərlər”in baş direktoru Mehriban Məmmədovanı Tahir Quliyevin əvəz edəcəyi bildirilir.

Bəs Tahir Quliyev kimdir? Bu şəxsin son iş yerinin Nazirlər Kabinetində baş məsləhətçi olduğu bildirilir. Ondan əvvəl 1993-cü ildən 2006-cı ilə qədər Nəsimi rayon İcra Hakimiyyətinin başçısı olub. İcra başçısı işlədiyi dönəmdə əhali və İH əməkdaşları ilə kobud rəftarı, nitqində jarqondan, küçə söyüşlərindən istifadə etməsi ilə yadda qalıb.

Əslən Ermənistan SSRİ-nin Sisyan rayonundandır. Deputat, Ana vətən Partiyasının sədri Fəzail Ağamalı ilə uzaq qohum olduğu deyilir, lakin qeyd etdiyimiz xüsusiyyətlərinə görə millət vəkili ona salam vermirmiş.

İndi nə baş veribsə, AzTV-nin şefi mediadan uzaq, informasiya siyasətindən xəbərsiz, çalışdığı qurumlarda qaba hərəkətləri ilə yadda qalmış bir adamı Dövlət Televiziyasının baş redaksiyasına – hansı ki, dövlətin ideoloji mərkəzlərindən biri sayılır- rəhbər gətirir.

Qeyd edək ki, müxtəlif vaxtlarda Tahir Quliyevin sabiq səhiyyə naziri, hazırda həbsdə olan Əli İnsanovla yaxınlığa barədə mediada materiallar dərc olunub.