backend

Yol polisi bu yolda gizli radar qoyub, sürücüləri belə cərimələyir - VİDEO

Yol polisi bu yolda gizli radar qoyub, sürücüləri belə cərimələyir - VİDEO
















Avtomobilinin arxasına gizli radar quraşdıran DYP işçisi sürücüləri "tor"a salır.

Səbail rayonu, Bayıl qəsəbəsində DYP avtomobili sürücülər üçün gizli radar quraşdırıb.

Bu barədə AZXEBER.COM-a Tural Qoca adlı sürücü məlumat verib. O, hər gün "Azneft" dairəsindən Bayıl istiqamətinə gedən yolda DYP avtomobilinin yolun sağında dayandığını yazıb. İddiaya görə avtomobilinin yük hissəsini açıb yolun sağında dayanan DYP avtomobili burada gizli radar quraşdırıb. Nəticədə həmin ərazidə sürət həddini aşan sürücülərə cərimələr gəlib.

Qeyd edək ki, qanuna əsasən yollarda gizli radarlar quraşdırmaq olmaz. Əgər yollarda sürət radarları quraşdırılırsa, ondan bir neçə metr qarşıda bunu bildirən müvafiq yol nişanı qoyulmalıdır.