backend

"Şamaxı Astrofizika Rəsədxanasında əxlaqsızlıq yuvası ola bilməz" — Direktor müavinindən İTTİHAMLARA CAVAB

"Şamaxı Astrofizika Rəsədxanasında əxlaqsızlıq yuvası ola bilməz" — Direktor müavinindən İTTİHAMLARA CAVAB














Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov sözügedən rəsədxananın əxlaqsızlıq yuvasına çevrilməsi barədə səsləndirilən ittihamlara cavab verib.
X.Mikayılov açıqlamasında deyib ki, səslənən bu cür fikirlər tamamilə yalan və böhtandır:

"Bu cür ittihamları səsləndirən Yanoş Məhərrəmov işdən çıxarıldığı üçün belə danışır. Ola bilsin ki, bunu kimlərsə qəsdən təşkil edib, sonra da şantaj edirlər. Rəsədxanada əxlaqsızlıq yuvası ola bilməz. Çünki buranı polis mühafizə edir, rəsədxana bizim xüsusi nəzarətimiz altındadır. Ola bilər ki, əvvəllki direktorun dövründə belə hallar olub. Ancaq belə hallar olubsa da, mütləq lazımı adamlar cəzalandırılıb. Ancaq bu Rəsədxanının direktoruna qarşı şər-böhtan kampaniyasına çox bənzəyir. Yəni, Rəsədxananın keçmiş direktoru Əyyub Quliyevin bacısı qızının həyat yoldaşı Oruc Əhmədov rəsədxanada yeməkxananı işlədən adam olub. Yeni direktor gələn zaman Oruc Əhmədovu işdən çıxartmışdı. Sonra bu yerə adam tapa bilmədikləri üçün yeməkxananı Əyyub Quliyevin digər bacısının həyat yoldaşı olan Ramin adlı adama vermişdilər. İndi də iki bacanaq - Oruc Əhmədov və Ramin birləşərək bu cür şər-böhtan kampaniyası aparırlar. Ola bilsin ki, onlar bilərəkdən kimisə içəri salıb onun görüntülərini çəkib yayıblar ki, rəsədxananın adına xələl gəlsin. Məqsəd də yeni direktoru şantaj etməkdir. Mən məsələnin kökündə də məhz bunun dayandığını düşünürəm. Yəni, yeni direktordan qisas alırlar".

X.Mikayılov sözügedən ittihamlara görə Yanoş Məhərrəmovu da qınayıb:

"Yanoş Məhərrəmov 15 il Rəsədxananın çörəyini yeyib, orada işləyib. Guya özü də oranın relmi işçisi olub. Çox ayıb olsun ki, indi direktoru haqqında bu cür yersiz fikirlər söyləyir. Halbuki, Rəsədxananın yeni direktoru Yanoş Məhərrəmova hər cür şəraiti yaradıb, onu Türkiyəyə və digər yerlərə ezamiyyətə göndərib, cibindən pul verib və sairə. Nədir ki, yeni direktor bu yaxınlarda Yanoş Məhərrəmovu gecə müşahidə qrupuna keçirib. O da bundan acıq edərək işdən çıxıb, indi də direktordan yazmağa başlayıb. Belə görünür ki, bunlar qabaqcadan əlbir olaraq yeni direktora qarşı bu cür plan cızıblar".
Direktor müavini qeyd edib ki, Rəsədxana haqqında bu cür xəbərlərin yayılması mənəvi baxından da düzgün deyil:

"Bu cür ittihamlar Şamaxı Astrofizika Rəsədxanasının imicinə zərbə vurur. Bütün dini bayramlarla bağlı, ölkədə və dünyada baş verən astronomik hadisələrin mənbəyini məhz Şamaxı Astrofizika Rəsədxanasından götürürük, insanlara ətraflı məlumatlar veririk. Cəmiyyətdə bu cür böyük nüfuz qazanan yeri gətirib əxlaqsızlıq yuvası ilə əlaqələndirmək yolverilməzdir. Bu cür məlumatlar tamamilə əsassız və yalandır".

"Şamaxı Astrofizika Rəsədxanasında əxlaqsızlıq yuvası ola bilməz" — Direktor müavinindən İTTİHAMLARA CAVAB