backend

Baş redaktorun qardaşı öldürüldü-SON DƏQİQƏ

Baş redaktorun qardaşı öldürüldü-SON DƏQİQƏ















Xalid Şirəliyevin nəşi Yasamal rayonu ərazisindən tapılıb

7gun.az saytının rəhbəri, hazırda həbsdə olan Cavid Şirəliyevin qardaşı öldürülüb. Bu barədə JAM.AZ-a mərhumun qohumları məlumat verib.

Məlumatda deyilir ki, Xalid Şirəliyevin nəşi bu gün səhər saatlarında Yasamal rayonu ərazisində tapılıb. Belə ki, Post Patrul Xidmətinin əməkdaşları əraziyə baxış keçirən zaman aşkarladıqları meyidi öncə morqa, daha sonra isə ailəsinə təhvil veriblər.

Qohumlarının JAM.AZ-a verdiyi məlumata görə, Xalid Şirəliyev bir müddət Azərbaycan Ordusunda ali təhsilli kimi leytenant rütbəsində çalışıb. Xidməti müddəti başa çatdıqdan sonra ordudan ayrılan sözügedən şəxs bir müddət işsiz qalıb. Bir ilə yaxın imiş onun könüllü olaraq orduya yaıldığı və Bərdədəki N saylı hərbi hissədə müddətdən artıq xidmət keçməyə başlayıb. Lakin səhhətində yaranmış problemlə bağlı müalicə alsa da, sonradan ordudan yayınmağa başlayıb. Hətta onun axtarışa verildiyi də deyilir.

Qeyd olunur ki, X.Şirəliyevi bir neçə gün bundan əvvəl evində tapıblar və 9 nəfərlik bir qrup onu Bərdəyə aparıb. Bir gün sonra isə onun meyiti Yasamal rayonunda aşkarlanıb.

Qohumlarının JAM.AZ-a dediyinə görə, Xalid Şirəliyevin nəşinə baxış keçirilən zaman xeyli sayda zədə və xəsarətlərin olduğu aşkarlanıb. Onun döyülərək öldürüldüyü isə ailə üzvləri tərəfindən birmənalı olaraq iddia edilir.

Xalid Şirəliyevin nəşini videolentə və fotoya alan ailə üzvləri onu yaxın saatlarda JAM.AZ-a təqdim edəcəklərini bildiriblər.

Hadisə ilə bağlı cinayət işinin açılıb, açılmadığı hələlik məlum deyil. Məsələni diqqət mərkəzinəd saxlayacağıq.

Xatırladaq ki, öldürülən Xalid Şirəliyev Daşkəsənin icra başçısı Əhəd Abıyevin qohumudur.