backend

Yadplanetli olduğu deyilən mumiyanın sirri çözüldü — FOTOLAR

Yadplanetli olduğu deyilən mumiyanın sirri çözüldü — FOTOLAR














2003-cü ildə Çilidə tapılan və bir yadplanetliyə aid olduğu iddia edilən 15 sm uzunluğu olan mumiyanın üzərində aparılan elmi çalışmanın nəticələri açıqlanıb.
Mumiya Çilinin Atakama bölgəsində tərk edilmiş bir kilsədə, dəri bir çanta içində tapılıb.

İspaniyalı kolleksioner tərəfindən alınaraq ortaya çıxarılan mumiya ilə bağlı sənədli film çəkilib və onun yadplanetli olduğu iddia edilib. Beynəlxalq alimlər qrupu isə mumiyanın 15 həftəlik bir dölə aid olduğunu açıqlayıb.

Kaliforniya, San-Fransisko və Stenford universitetlərinin alimləri DNA analizi apararaq skeletin müxtəlif genetik mutasiyalara məruz qalmış 6-8 yaş arası cırdan bir qız uşağına aid olduğunu bildirmişdi.
Alimlər isə uşağın 40 il əvvəl öldüyünü, bu günə qədər elmə məlum olmayan genetik xəstəliyə sahib olduğunu demişdilər.

Kaliforniya universitetinin alimi Sancita Bhattaçarya bildirib ki, mumiyanın DNA-sında hamısı ziyana uğramış 64 gen variantı var bunların 10 dənəsi qısa boy və 11-inin cüt qabırğaya səbəb olan genlərin də mumiyada olduğunu bildirib.

Yadplanetli olduğu deyilən mumiyanın sirri çözüldü — FOTOLARYadplanetli olduğu deyilən mumiyanın sirri çözüldü — FOTOLARYadplanetli olduğu deyilən mumiyanın sirri çözüldü — FOTOLAR