backend

XAÇMAZDA ELEKTRIK ŞƏBƏKƏNIN RƏISI SAKINLƏRI ÖLÜM TƏHLÜKƏSI ILƏ ÜZ-ÜZƏ QOYUB -ŞOK OLAY

XAÇMAZDA ELEKTRIK ŞƏBƏKƏNIN RƏISI SAKINLƏRI ÖLÜM TƏHLÜKƏSI ILƏ ÜZ-ÜZƏ QOYUB -ŞOK OLAY

Icra başçısı isə olaylara göz yumur

Bu günlərdə Deryaz.az saytının redaksiyasına Xaçmaz rayonunun Ağtala kənd sakinləri tərəfindən olduqca ciddi əhəmiyyət kəsb edən müraciət daxil olub. Onlar ünvanladıqları müraciətlərində illərdən bəri üz-üzə qaldıqları problemlərin varlığından bəhs edir və çoxsaylı sakinlərin haqlı narazılıqlarının aidiyyəti qurumlar tərəfindən saya salınmadığını da dilə gətirirlər. Müraciət müəllifləri qeyd edirlər ki, “Biz Xaçmaz rayonunun Ağtala kənd sakinləri olaraq, artıq on ilə yaxındır ki, kəndimizin yeni yaşayış massivi adlanan ərazisində yaşayırıq. Ötən illər ərzində şəxsi vəsaitimiz hesabına kabellər almışıq və yaşadığımız evlərin yaxınlığına müxtəlif ağac parçalarından dirəklər basdırmaqla, məhz özümüz üçün elektrik xətləri də çəkmişik. Bundan əlavə, hər ay elektrik enerjisindən istifadəyə görə dövlətə olan borclarımızı tam şəkildə də ödəmişik. Hal-hazırda yeni yaşayış massivi adlanan ərazidə 20 ədəd fərdi yaşayış evlərimiz var və çox yaxın vaxtlarda yeni ayrılmış torpaq sahələrində daha 80 ədəd fərdi yaşayış evlərinin inşa olunacağı da gözlənilir. Onu da bildirək ki, vaxtilə yaşadığımız evlərin yaxınlığına basdırdığımız ağac dirəklər ötən illər ərzində çürüdüyündən, bu gün həm uçmaq təhlükəsi ilə üz-üzə qalıb, həm də ciddi faciələrin baş verməsi qaçılmaz hal alıb. Yaşadığımız yeni yaşayış massivinin ərazilərinə müəyyən standartlara cavab verən yeni elektrik dirəklərinin basdırılması, eyni zamanda köhnə elektrik xətlərinin yeni kabellərlə əvəzlənməsi məqsədilə, bugünə kimi bir neçə Xaçmaz RİH Aparatına, Xaçmaz Elektrik Şəbəkənin rəhbərliyinə müraciətlər ünvanlasaq da, təəssüflər olsun ki, hələ də etdiyimiz müraciətlərimiz nəticəsiz qalmaqdadır. Baxmayaraq ki, hər sakin elektrik enerjisindən istifadəyə görə texniki şərt də əldə edib. Bundan əlavə, Şimal Regional Enerji Təchizatı və Satışı İdarəsi, Xaçmaz Elektrik Şəbəkəsinin əməkdaşları sakinlərdən istifadə olunan elektik enerjisinə görə əmələ gələn borcları toplayan zaman, yaşadığımız ərazidə real mənzərəni öz gözləri ilə görürlər və üz-üzə qaldığımız problemlərin həlli istiqamətində heç bir əməli addımlarını da atmırlar. Hər iki quruma etdiyimiz müraciətlər qulaqardına vurulduğundan, bu gün də müraciətlərimiz nəticəsiz qalmaqdadır”.

Sakinlər tələb edirlər ki, “Sadaladığımız ciddi problemlərin varlığı, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları” və digər normativ hüquqi aktlar əsas tutulsun, yaşadığımız evlərə yeni elektrik xətlərinin çəkilişi həyata keçirilsin, yeni elektrik trasformatoru quraşdırılsın, bir sözlə normal elektrik enerjisi ilə təmin olunmağımız həyata keçirilsin”. Məsələnin düşündürücü tərəfi ondan ibarətdir ki, bu gün ölkəmizdə əhalinin normal elektrik enerjisi ilə tam şəkildə təmin olunması dövlət-hakimiyyət orqanlarının qarşısında duran əsas prioritet məsələlərdəndir. Çünki, hal-hazırda ölkəmizin iqtisadi cəhətdən inkişaf etməsi onu söyləməyə əsas verir ki, bu gün hər bir sakinin normal elektrik enerjisi ilə təmin olunması üçün lazımi əsaslar var. Ən əsası isə, ölkə rəhbəri cənab İlham Əliyevin bu sahəyə xüsusi diqqət göstərməsi və əhalinin elektrik enerjisi ilə tam şəkildə təmin olunmasına cavabdehlik daşıyan hər bir vəzifə sahibinə lazımi tapşırıqlarını verməsidir. Bu belə olduğu halda sual oluna bilər ki, görəsən Ağtala kənd sakinlərinin ünvanladıqları müraciətlər hansı səbəblər üzündən Xaçmaz RİH Aparatı və Xaçmaz Elektrik Şəbəkəsinin rəisi Ramil Məmmədov tərəfindən qulaqardına vurulur? Bəlkə ölkə rəhbəri tərəfindən verilmiş tapşırıqların hər iki qurum rəhbərlərinə heç bir aidiyyəti yoxdur? Sözsüz ki, bütün bunlar olduqca düşündürücü və ayrıd olunası suallardır.

X9

Problemin daha ciddiliyi isə ondan ibarətdir ki, kənd sakinlərinin övladları təhsil aldıqları məktəbə gedib-gələrkən, onlar aşmaq və qırılmaq təhlükəsi ilə üz-üzə qalan elektrik dirəklərinin və naqillərinin yaxın olduğu yollardan ötüb keçirlər. Bu da hər an xoşagəlməz faciələrin baş verməsi ilə nəticələnə bilər. Bir məqama da toxunaq ki, bir neçə gün bundan əvvəl ölkəmizin elektrik enerjisi ilə təminatında əmələ gələn problemlər səbəbindən, bütün sahələrdə bənzəri olmayan olaylar baş verdi. Yəni, növbəti xoşagəlməz olaylar daXaçmaz rayonunun Ağtala kəndində baş verə bilər. Vəziyyətin ciddiliyinə baxmayaraq, hələ də problemlərin varlığına cavabdehlik daşıyan qurumlar susmaqdadırlar. Odur ki, həm əməli addımlar atmağın, həm də baş verə biləcək faciələrin qarşısını almağın zamanı çoxdan çatıb.

Açıqlamada adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.