backend

ŞOK: Bakı məktəbində uşağı yandırdılar

ŞOK: Bakı məktəbində uşağı yandırdılar






















"Belə başa düşdük ki, hadisə ilə əlaqədar bir araya gəlmişdilər".

Bakıdakı internat məktəbində dəhşətli hadisə baş verib. İnternatdakı uşaqlardan biri digərini yandırıb.

qaynarxett.az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, 11 saylı İnteqrasiya təlimli İnternat məktəbində baş verib. Surxay adlı uşaq internat yoldaşı Fatehin üzərinə qaynar su tökərək yandırıb.

Nəticədə Quluzadə Fateh Rəfael oğlu qulaq və boyun nayihəsindən ağır yanıq xəsarətləri alıb. Hər iki uşağın 10 yaşındadır və əqli inkişafdan geri qalıblar. Fatehin Surxaydan fərqli cəhəti danışa bilməməsidir.

Bizə daxil olan məlumata görə hadisə 1 həftə əvvəl - 29 oktyabr tarixində axşam 21:30-da baş verib. Fateh xəstəxanaya aparılmadığından onun yanıqlarına infeksiya düşüb və açıq yaraya çevrilib.

Azərbaycan Uşaq Fondu Bakı şəhər şöbəsinin sədri, hüquq müdafiəçisi Teymur Rzayev hadisədən xəbərdar olduğunu bildirdi: "Hadisənin səhəri günü, yəni 30 oktyabrda Mülkücahan müəllimə mənə zəng vuraraq dedi ki, internatda uşaq yanıb. Hadisənin axşam növbəsində törədildiyini bildirdi mənə. Hadisədən xəbər tutan kimi həmkarım, hüquq müdafiəçisi Nigar Hüseynqızı ilə birlikdə əvvəlcə Sabunçu rayon 14-cü Polis Bölməsinə getdik. Orada Yetkinlik yaşına çatmayanlarla profilaktik şöbəsinin əməkdaşı Rafiq İsmayılovla birlikdə İnternata yollandıq. Sözün düzü elə hadisə barədə məlumatlandırılmağından Rafiq bəy özü də təəccübləndi. Biz ora çatanda İnternatın direktoru Gülnarə Abdullayeva tək deyildi. Onun otağında təhsil nazirliyinin uşaq hüquqları müdafiəsi və deinstitutlaşma idarəsinin əməkdaşı Həbib Kərimov vardı. Belə başa düşdük ki, hadisə ilə əlaqədar bir araya gəlmişdilər. Biz içəri daxil olduqdan sonra Quluzadə Fatehin vəziyyəti ilə maraqlandıqda, hər ikisi belə bir hadisənin baş vermədiyini deyərək, təkzib etdi. Baş verənləri bizdən gizlətmək istədilər.

Məsələnin nə yerdə olduğunu öyrənmək məqsədilə həmkarım Nigar xanımla birlikdə sərbəst araşdırma apardıqda məlum oldu ki, 2004-cü il təvəllüdlü Quluzadə Fateh Rəfael oğlunun yanıq xəsarətləri alması ilə bağlı heç bir xəstəxanaya və polis bölməsinə məlumat daxil olmayıb. Ən dəhşətlisi isə bu idi ki, bizə 10 yaşlı uşağın yatdığı yerdə yandırıldığını dedilər."