backend

Azərbaycan ordusu Naxçıvanda Ermənistana QAN UDDURUR

Azərbaycan ordusu Naxçıvanda Ermənistana QAN UDDURUR














"2018-ci ilin mayında düşmənin növbəti təxribatının qarşısının alınması zamanı Naxçıvan Muxtar Respublikası ərazisində aparılan Günnüt əməliyyatı zamanı Əlahiddə Ümumqoşun Ordusu müdafiə zolağının Vəlidağ, Kömürlüdağ istiqamətində Axsal dağı, Qızılqaya dağı, Yağargərdik dağı, Bağırsaq dağı və Həsənqulubağ sahəsində ön xəttin dövlət sərhədi boyu əlverişli mövqeləri ələ keçirib. İyirmi altı kilometr məsafəni əhatə edən əməliyyat nəticəsində 7 kilometrədək dərinlikdə əlverişli yüksəkliklər düşməndən geri alınıb, ümumilikdə 11 min hektar ərazi düşməndən azad edilib".

Muxalifet.az-ın məlumatına görə, bunu hərbi prokuror Xanlar Vəliyev Hərbi Prokurorluqda keçirilən əməliyyat müşavirəsində bildirib.

Hərbi prokuror deyib ki, bu, 2016-cı ilin aprel döyüşlərindən sonra Azərbaycan Ordusunun düşmənin növbəti təxribatına verdiyi qətiyyətli cavabı və növbəti əzmli qələbəsidir: "Günnüt əməliyyatı və minlərlə hektar torpağın işğalçılardan azad edilməsi gələcək qələbələrimizin müjdəçisi olan bu hadisə təcavüzkar Ermənistanda böyük rezonans doğurmaqla ölkə əhalisinin torpaqlarımızın tezliklə düşmən tapdağından azad olunacağına ümidlərini artırıb, dövlət və ordu quruculuğu sahəsində Prezidentimiz tərəfindən həyata keçirilən ardıcıl tədbirlərin nə dərəcədə səmərəli və məqsədəmüvafiq olduğunu bir daha sübut edib”