backend

Adnan Oktar "kediciklər"in hamısına BUNU EDİB - Yeni FAKTLAR ÜZƏ ÇIXDI

Adnan Oktar "kediciklər"in hamısına BUNU EDİB - Yeni FAKTLAR ÜZƏ ÇIXDI














Özünü din xadimi kimi təqdim edən və bir müddət əvvəl həbs edilən Adnan Oktarın təşkilatı ilə bağlı yeni məlumatlar ortaya çıxıb.

Milli.Az bildirir ki, təşkilatın tələyə saldığı qızlardan əvvəlcə qan nümunələri götürülüb, daha sonra Adnan Oktara təqdim edilib. Qan nümunələrinə əsasən qızların hepatit və QİÇS olub-olmadıqları müəyyən edilib.

"Mengele" kod adlı fərari həkim Məhəmməd Cihat Gündoğdunun evində bu məqsədlə istifadə edilmiş tibbi avadanlıqlar tapılıb. Onun evinə və işlədiyi xəstəxanadakı otağındakı cıhazlara əl qoyulub.

Türkiyə mediasında yayımlanan xəbərlərə görə, C.Gündoğdunun təşkilat içərisində xüsusi proqramlaşdırılmış yalan cihazı istifadə edib. Bu cihazın xüsusi kompüter, barmaq ucuna taxılan nəbz ölçən və səs analizi edə bilən mikrofondan ibarət olduğu bildirilir. Bununla bəzi təşkilat üzvləri üzərində təcrübələr aparılıb. "Bacılar" qrupunda bir neçə nəfərə bu cihazı işlətmək öyrədilib. (publika.az)