backend

Qarabağ döyüşçüsü Elnur Fərzəliyevin Türkiyə Cumhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğana müraciəti

Qarabağ döyüşçüsü Elnur Fərzəliyevin Türkiyə Cumhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğana müraciəti

Elnur Fərzəliyevin Türkiyə Cumhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğana
MÜRACİƏTİ:



Möhtərəm prezident Rəcəb Tayyib Ərdoğan,mən Elnur Fərzəliyev Azərbaycanın vətənpərvər bir övladı və döyüşçüsü kimi sizə müraciət edib bildirmək istəyirəm ki,ruhuyla,qəlbiylə Vətənə bağlı olan qəhrəmanlıqlarıyla tarix yazan bir nəslin davamçısı kimi igid döyüşçü olaraq,hər zaman ölümlə bir nəfəs alıb,ölümün gözünə dik baxaraq,Vətənimin hər qarışı uğrunda düşmənlə canımla-qanımla vuruşmuşam.

Düşmənin qorxulu kabusu olduğum üçün dəfələrlə düşmən başıma böyük mükafatlar ayırmışdır.Göstərdiyim şücaət və qəhrəmanlıqlarıma görə Ulu Öndərimiz Heydər Əliyev tərəfindən medallarla təltif olunmuş,möhtərəm prezidentimiz Ali Baş Komandanımız İlham Əliyev tərəfindən mükafatlandırılmışam.Tarix boyu Azərbaycan -Türkiyə bir millət, iki dövlət olaraq hər zaman -“Dostumuz dost,düşmənimiz düşmən deyərək, möhkəm dostluq və qardaşlıq münasibətində yaşamışlar.
Bu gün ehtiyatda olan bir kəşfiyyatçı döyüşçü kimi Böyük Türk Ordusunda xidmət edərək,türk döyüşçülərimizin yanında olub,onlarla birgə düşmənə qarşı vuruşmaq istəyirəm!
İnşallah,bu ali şərəfə nail olmağım üçün,müraciətimə müsbət cavab alacağıma inanaraq,öncədən sizə təşəkkür edirəm!

Dərin hörmətlə:Elnur Fərzəliyev.

Yenigündəm.az

Qarabağ döyüşçüsü Elnur Fərzəliyevin Türkiyə Cumhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğana müraciəti