backend

“Başqa xalqa qarşı cinayət törədənlər heç zaman öz xalqına xoşbəxtlik gətirə bilməz” — Aydın Mirzəzadə

“Başqa xalqa qarşı cinayət törədənlər heç zaman öz xalqına xoşbəxtlik gətirə bilməz” — Aydın Mirzəzadə














“Azərbaycanda Robert Köçəryan və Yuri Xaçatorovu tanımayan yoxdur. Biri on il Ermənistanın prezidenti, ikincisi isə on il Ermənistan silahlı qüvvələri baş qərargahının rəisi olub. Ancaq bizlər onları vəzifələrinə görə yox, Azərbaycan torpaqlarının işğalında, vətəndaşlarımızın öz dədə-baba torpaqlarından qovulmasında və qətlə yetirilməsində, Xocalı faciəsinin baş verməsində xüsusi rollarına görə tanıyırıq. Bu cinayətlərinə görə təəssüf ki, onlar indiyə qədər mühakimə olunmayıblar".
Bu sözləri millət vəkili Aydın Mirzəzadə öz feysbuk profilində yazıb. O, bu cinayətlərinə görə sözügedən şəxslərin cavab verəcəklərinə inandığını bildirib.
Deputat əlavə edib ki, bu gün Koçaryanın Ermənistanda həbs ediləcəyi gözlənilir: “Xaçaturovun da həbs edilməsi gözlənilir. Baxmayaraq ki, o Rusiyanın aparıcı ölkə olduğu beynəlxalq təşkilatın rəhbəridir. Onlar 2008-ci ildə Ermənistanda konstitusiyalı hakimiyyti zorla ələ keçirməkdə ittiham edilirlər. Qarabağda törətdikləri cinayətlər yada salınmır, ancaq Köçaryan-Xaçaturov məsələsi göstərir ki, başqa xalqa qarşı cinayət törədənlər heç zaman öz xalqına xoşbəxtlik gətirə bilməz. Cinayətkar həmişə cinayətkardır. Hətta öz xalqına qarşı da o mütləq cinayət törədir. Ermənistanda baş verənlər daxili siyasətin nüanslarıdır, ancaq tarix bar daha sübut etdi ki, insanlığa qarşı cinayətlər mütləq cəzalalarını alırlar”.