backend

Qazlı içkilər bu xəstəliyə SƏBƏB OLUR

Qazlı içkilər bu xəstəliyə SƏBƏB OLUR














Alimlər diabet və demansiya xəstəliyi arasında əlaqəni araşdırıblar.
Nəticələrə əsasən, qazlı içkilər də risk yaradır.

ABŞ-ın Kolumbiya universitetinin alimlərinin tədqiqatı nəticəsində məlum olub ki, “Alzheimer” xəstəliyi ilə şəkərli, xüsusilə də kola kimi qazlı içkilər arasında əlaqə var.

Bununla yanaşı, xəstəliyin qazlı içkilərdən yaranıb-yaranmadığını sübut etmək üçün daha çox araşdırma aparmaq lazımdır.
Alimlər 7 il ərzində 2.226 yaşlı şəxsin iştirakı ilə çalışma aparıblar. 7 il ərzində bu şəxslərin qəbul etdiyi şəkər əlavə edilmiş qidalar, yüngül içkilər və meyvə suları qeydə alınıb. İştirakçıların 429-u “Alzheimer” xəstəliyinə yoluxub. Tədqiqatın sonunda gündə 30 qram şəkər əlavə edilmiş qida qəbul edənlərlə 6 qram şəkər əlavə edilmiş qida qəbul edənlər arasında xəstəliyə yoluxma riskinin 33% çox olduğu üzə çıxıb.

Məlum olub ki, təkcə qazlı su yox, şəkər əlavə edilmiş meyvə suları da risk mənbəyidir.