backend

Dünyada sosial şəbəkələr çökür

Dünyada sosial şəbəkələr çökür














Mərkəzi Amerikada olan sosial paylaşma nəhəngi “Twitter”in səhmlərinin dəyəri 20 faizdən artıq enib. Bununla da şirkətin bazar dəyəri təxminən 7 milyard dollar məbləğində azalıb.

Minval.İnfo dünya mediasına istinadən xəbər verir ki, digər bir sosial şəbəkə olan Facebookun da bazar dəyəri 20 faiz aşağı düşərək, 122 milyard dollar azalıb.

Nyu Yorkda həftənin cümə axşamı günü səhmlərinin qiymətini 42.95 dollardan qapadan Tvitter, cümə günü 20.5 faiz azaaraq, 34.12 dollarla həftəni qapadıb.

Bununla da Tvitterin bazar dəyəri 33.29 milyard dollardan 26.45 milyard dollara geriləyərək, 6 milyard 840 milyon dollarlıq bir azalma nümayiş etdirib.

Tvitterin səhmlərindəki sərt azalma şirkətin cümə günü açıqlanan büdcə hesabatında aylıq istifadəçi sayının azaldığını göstərməsinin ardınca baş verib. Hesabata görə, tən ilin ikinci yarısında şirkət 116,5 milyon dollar ziyan edib.

Bundan başqa, firmanın gəliri bu ilin aprel-iyun dnəmində, keçən ilin eyni dövrünə görə, yüzdə 24 artışla 711 milyon dollara yüksəlib. Tvitter keçən ilin ilinci yarısında 574 milyon dollar gəlir əldə etmişdi.

Amma hesabat göstəricilərinə əsasən, Tvitter bu ilin ilk yarısında dünya miqyasında 366 milyon olan aylıq istifadəçi sayını ilin ilinci yarısında 1 milyon düşüşlə 355 milyona qədər gerilədiyini göstərdi.

Bu düşüş Amerikada özünü göstərir. Ölkədəki aylıq ortaq istifadəçi sayı sözügedən dnəmdə 69 milyondan 68 milyona qədər geriləyib.

DÜNƏN DƏ FACEBOOK “İLİŞDİ”

Xatırladaq ki, Amerikalı sosial paylaşım saytı Facebookun da səhmləri dünən 20 faizə qədər azalıb. Bu da onun bazar qiymətlərindən 122 milyard dollar əskildiyini göstərir.Facebookun yaradıcısı Mark Suckerberqin sərvəti də bu müddət ərzində təxminən 16 milyard dollar azalaraq, 67 milyard dollara qədər azalıb.