backend

Gələn il Azərbaycanda qiymətlər 2,5% bahalaşacaq

Gələn il Azərbaycanda qiymətlər 2,5% bahalaşacaq






















İqtisadiyyat Nazirliyi öz proqnozunu açıqladı.

2015-ci ildə də Azərbaycanda inflyasiyanın səviyyəsi aşağı olacaq.

qaynarxett.az APA-Economics-ə istinadən xəbər verir ki, bunu iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova İqtisadi siyasət, Sosial siyasət, Aqrar siyasət, Təhlükəsizlik və müdafiə, həmçinin Energetika, ekologiya və təbii ehtiyatlar komitələrinin birgə iclasında 2015-ci ilin Dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsi zamanı deyib.

S.Həsənova deyib ki, Azərbaycanda makroiqtisabitlik qorunur, inflyasiya da aşağı səviyyədədir. Nazir müavini qeyd edib ki, gələn il də inflyasiya səviyyəsi 2,3% həcmində proqnozlaşdırılır.