backend

Baş redaktorun qardaşının işgəncəylə öldürüldüyü təsdiqləndi-FOTO

Baş redaktorun qardaşının işgəncəylə öldürüldüyü təsdiqləndi-FOTO






























Rəsmlərdə Xalid Şirəliyevin işgəncə ilə öldürüldüyü açıq-aydın görünür

Ötən gün xəbər vermişdik ki, Masallı rayon sakini, Azərbaycan Ordusunda əvvəlcə zabit, daha sonra isə müddətdən artıq xidmət edən (MAXE) Xalid Ələsgər Oğlu Şirəliyev dünən öldürülüb. JAM.AZ-a ailə üzvləri tərəfindən verilən məlumatda deyilirdi ki, mərhum səhhəti ilə əlaqədar ordudan yayındığı üçün axtarışda olub. Lakin bir neçə gün əvvəl evlərinə gələn Hərbi Polisin əməkdaşları onu qulluq etdiyi hərbi hissəyə aparıblar.

Bu gün aldığımız məlumata görə isə Xalid Şirəliyev 31 oktyabr saat 10:00 radələrində ailə tərəfindən Hərbi Polisin əməkdaşlarına təhvil verilib. Mərhumun anası Zahidə Şirəliyeva oğlunun aparıldığı Biləcəridə yerləşən Hərbi Polisə gedərək, orada polkovnik-leytenant Feyzi Hüseynovla görüşüb. Həmin binanın 5-ci mərtəbəsində Hüseynov Şirəliyevaya deyib ki, heç bir narahatlıq yoxdur. «Oradan bildirblər ki, Xalidi qulluq etdiyi qornizona göndərəcəklər. Hətta hər şeyin yaxşı olacağını da deyiblər».

Lakin bu hadisənin üzərindən 3 gün keçdikdən sonra Xalidin nəşi «Semaşko» xəstəxanasının morqundan tapılır. Ailəsinə zəng vuraraq, uşaqlarının meytini aparmasını istəyirlər. Ailə üzvləri isə bildirir ki, Xalid Şirəliyevin meytinin morqa necə gedib çıxması və onun kimlər tərəfindən öldürülməsi müəmma olaraq qalıb. «Heç kim heç nə bilmir. Tək bilinən odur ki, Xalid döyülərək, işgəncələrə məruz qalaraq qətlə yetirilib. Onun kim tərəfindən öldürüldüyü də məlum deyil».

Bu əsnada mərhumsun qohumları onun fotolarını da JAM.AZ-a təqdim ediblər. Həmin fotolardan aydın şəkildə görünür ki, Xalid Şirəliyev işgəncə verilərək öldürülüb. Onun başında ağır kəsilmiş yara işləri mövcuddur. Bundan əlavə bədənində zərbə izlərinin olduğu da aydın şəkildə diqqəti çəkir.

Bildirək ki, Bakı Şəhər Prokurorluğundan JAM.AZ-la məsələ ilə bağlı əlaqə saxlayıblar. Mətbuat xidmətinin xanım əməkdaşı bildirib ki, onlarda Xalid Şirəliyevin öldürülməsi ilə bağlı heç bir məlumat yoxdur və bu məsələdən ümumiyyətlə, xəbərsizdirlər. Və ardından mərhumun ailə üzvləri ilə danışılıb, bundan sonra Bakı Şəhər Prokurorluğuna məlumat veriləcəyi bildirilib.

Xatırladaq ki, Xalid Şirəliyev 7gun.az saytının baş redaktoru, hazırda həbsdə olan Cavid Şirəliyevin qardaşıdır.

Baş redaktorun qardaşının işgəncəylə öldürüldüyü təsdiqləndi-FOTO

Baş redaktorun qardaşının işgəncəylə öldürüldüyü təsdiqləndi-FOTO

Baş redaktorun qardaşının işgəncəylə öldürüldüyü təsdiqləndi-FOTO

Baş redaktorun qardaşının işgəncəylə öldürüldüyü təsdiqləndi-FOTO