backend

Erməni siyasətçidən etiraf - “Qarabağı işğal etmişik, Azərbaycana qaytarılmalıdır”

Erməni siyasətçidən etiraf - “Qarabağı işğal etmişik, Azərbaycana qaytarılmalıdır”















"Erməni Milli Konqresi”nin üzvü Zoya Tadevosyan bu gün jurnalistlərlə görüşündə Qarabağı Azərbaycanın işğal edilmiş ərazisi adlandırıb.

"Qafqazinfo” xəbər verir ki, o, münaqişənin həlli üçün işğal etdikləri torpaqları Azərbaycana qaytarmalı olduqlarını bildirib:

"Biz Qarabağ müharibəsi zamanı ələ keçirilmiş bu torpaqları "azad edilmiş” adlandırırıq. Amma bu auditoriyada oturan hər kəs yaxşı bilir ki, bu ərazilər işğal olunub”.

Jurnalistlərdən birinin "bu bəyanat ərazilərin işğal edildiyi deməkdir” sözlərinə Tadevosyan "Bu torpaqlar ermənilərindir?” sualı ilə cavab verib.

Erməni siyasətçi Azərbaycan torpaqlarının geri qaytarılmasının vacibliyini vurğulayıb:

"Heç kim məndən inciməsin. Ancaq bu məsələləri mən həll etmirəm. Bu məsələ hər zaman həmsədrlərin qarşısında qoyulub və danışıqlar masasında müzakirə edilib. Əgər münaqişənin həlli ərazilərin qaytarılmasını tələb edirsə, əlbəttə bu addımı atmalıyıq. Bütün ölkələr məsələnin həlli yolunu bunda görürsə, razılaşmalıyıq...”.

Jurnalistlərdən birinin erməni tərəfin bu əraziləri işğal edilmiş yox, azad olunmuş hesab etdiyini deməsinə isə Zoya Tadevosyan "Bu, Ermənistanın mövqeyidir. Beynəlxalq ictimaiyyət isə başqa cür düşünür - əraziləri işğal edilmiş adlandırır” sözləri ilə reaksiya verib.

"Qarabağ xalqı”nın fikirlərini soruşmusunuz?” sualına siyasətçi "Mən heç kimdən heç nə soruşmuram, faktı təsdiq edirəm” cavabını verib.