backend

Qubada məmur özbaşınalığı... - İDDİA

Qubada məmur özbaşınalığı... - İDDİA















"Quba rayon icra başçısı Yaşar Məmmədovun təsərrüfat işləri üzrə müavini Nəsrulla Vəliyev rayonun bütün torpaqlarını satıb talan edib". Bu sözlər Azerinfo.az-a ünvanlanan şikayət məktubundandır. Narazı qubalılar iddia edir ki, başçının müavini icra başçıs Yaşar Məmmədova və özünə kapital toplamaqla məşğul olur.

Daha sonra Azerinfo.az-a bildirilir: "Nəsrulla Vəliyev əslində bazar alverçisi olub onun indi belə bir dövlət vəzifəsində işləməsi rayon sakinlərinə baha başa gəlib. Quba rayon icra başçısının təsərrüfat işləri üzrə müavini Nəsrulla Vəliyev Azərbaycan müstəqilliyini bərpa edən ilk dövrlərdə Rusiya Fedreasiyasında bizneslə məşqul olub. Fəaliyyəti sahəsinə kriminal aləmdə tanınan şəxslərlə tanışlıq, müxtəlif "razborkalar”da iştirak daxıldir ki, bu da Perm vilayətində Edik kimi tanınan qardaşı Eynullanın kriminal keçmişi ilə bağlıdır. Rusiyada biznes fəaliyyəti zamanı Nəsrulla Vəliyevi küt alətlə vuraraq zibil yeşiyinə atırlar. Uzun müddət axtarıldıqdan sonra zibillikdən təsadüfən sağ tapılır. Ağır kontuziya alan Nəsrulla Vəliyev və qardaşı Eynulla Permdə bizneslə məşqul olan iş adamına 5 milyon dollar pul ataraq Rusiyadan Azərbaycana qaçırlar.

Azərbaycana qayıtdıqdan sonra, Nəsrulla Vəliyev həyatda qalmağını dövlət işilə bağlayıb. Belə ki, o öncə Quba rayonu Vəl-vələ kənd icra nümayəndəsi, 2010-cu ildə Quba şəhəri üzrə nümayəndəsi, daha sonra icra başçısının müavini vəzifəsinə təyin edilir.

Hazırda, Nəsrulla Vəliyevin kurasiyasında- Quba şəhərinin abadlaşdırılmasına nəzarət, sahibkarların örüşlərlə təmin edilməsi və bu sahəyə nəzarət daxildir. Ötən ilin sonlarında intihar edərək dünyasını dəyişən Quba rayonu Xınalıq kənd icra nümayəndəsi Fizuli Şərifovun ölümündə də Nəsrullanın adı hallanmaqdadır. Nəsrulla Vəliyev örüş sahələrini əhatə edən ərazilərin icra nümayəndələri tərəfindən qışlaqdan qayıdan mal-qoyun sürüsü sahiblərindən hər il icra başçısınına haqq toplayır. Həmin tapşırığı təmin etməli olan mərhum Fizuli Şərifov 70000 manat ziyana düşür. Nəsrulla Vəliyev mərhum Fizuli Şərifova banklardan kredit almağı tövsiyə edir və bütün icra nümayəndələrinə bank müqavilələrində zamin durmağı tapşırır. Ölümündən bir müddət əvvəl mərhum Fizuli Şərifov Vladimirovka kəndində yaşayan bacanağının qonşusu məktəbdə xadimə işləyən Rafinad Məmmədovanın adına kredit almış, zamini də Quba rayonu Tüləkərən kənd icra nümayəndəsi Oqtay İsayev olur. Ölümündən sonra isə, alınmış kredit borcu xadimənin adında olduğuna görə, elə xadimənin əmək haqqından tutulur.

Hazırda Quba rayonu ərazisində və Hacıqabul və bir neçə başqa rayonunda, Qubaya aid olan örüş sahələri Nəsrulla Vəliyevin tapşırığı ilə sıxışdırılaraq yerli sakinlərdən alınır. Proses – yerli sahibkarlardan hektarına 500 manat illik rüşvət tələb edilməsi ilə başlanıldı.Buna razı olmadıqları üçün icarə müqavilələri ləğv edilərək həmin torpaqlar imkanlı şəxslərə satılır.

Aqrar islahat zamanı Səməd Vurğun adına sovxozdan qalan çoxlu yerləri saxtakarlıqla özəlləşdirib. Hazırda Vəl-vələ kəndi ərazisində Nəsrulla Vəliyevə aid daş karyeri, "Qoşa bulaq” istirahət mərkəzi və meyvə tərəvəz saxlanılması üçün soyuducu anbar fəaliyyətdədir. Bundan əlavə, Nəsrulla Vəliyevə məxsus Şabran rayon istiqamətində olan meyvə bağları, mal-qara sürüsü var ki, bütün bunlara nəzarəti qardaşı Eynulla həyata keçirir.

Son 4-5 ildə Nəsrulla Vəliyevin daşınmaz əmlaknın sayı da xeyli artıb. Belə ki, təkcə Quba şəhəri ərazisində 4 mənzili var. Bütün mənzilləri qohumlarının adına rəsmiləşdirilib. Həmin mənzillər Quba şəhəri Vaqif küçəsində, SAF Konserv zavodu ətrafındakı küçədə, Nügədi yolunda, Lisey yaxınlığında yerləşir. Həmin mənzillərin hamısı hazırda kirayədədir.

Nəsrulla Vəliyevin şəxsi həyatı da qalmaqallarla müşahidə edilir. Qeyd edim ki, əldə etdiyim məlumatlara görə Nəsrulla Vəliyev Rusiyada qeyri-rəsmi nikahdan 2 oğlu dünyaya gəlib və hazırda Perm vilayətində yaşayır".

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...