backend

Skype-dan hər kəsi sevindirəcək yenilik – VİDEO

Skype-dan hər kəsi sevindirəcək yenilik – VİDEO






















Sınaqlarda arzu edən hər bir kəs iştirak edə bilər.

Skype yeni tərcümə funksiyası proqramının testdən keçirilməsinə başlandığını elan edib.

Yeni proqram Skype Translator adını alıb, qaynarxett.az xəbər verir.

Proqramın sınağında arzu edən hər bir şəxs iştirak edə bilər. Bunun üçün proqramın səhifəsində qeydiyyatdan keçmək lazımdır.

Skype Translator hazırda real zaman rejimində, Skype ilə adi audio və videozənglər zamanı işləyən birbaşa tərcümə maşınıdır.

Skype və Microsoft-un nümayəndələri bu proqram barədə ilk dəfə may ayında məlumat veriblər. Funksiya qabaqcıl texnologiyaya əsaslanır.

O, ardıcıl tərcüməni təmin edir: istifadəçi cümləni deyir, daha sonra proqram onu digər şəxs üçün başqa dildə tərcümə edir. Kişi və qadın səslərindən istifadə oluna bilər. Bundan başqa, cümlənin sətir şəklində tərcüməsi də mümkündür.

İndi Skype Translator test nümayişi rejimində işə salınıb və onunla yalnız qeydiyyatdan keçmiş istifadəçilər, Windows 8.1 əməliyyat sistemli kompüter və planşetlərdə işləyə bilərlər.